Milli Məclisin deputatı Novruzəli Aslanov İsmayıllıda növbəti vətəndaş qəbulu keçirib -Fotolar
Tarix: 07-11-2026 | Saat: 13:50
Bölmə:Manşet / Özəl | çapa göndər

Milli Məclisin deputatı Novruzəli Aslanov 2026-cı il 7 noyabr tarixində İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib.
aia.az xəbər verir ki, bu dəfəki qəbul millət vəkilinin İsmayıllı şəhərində yerləşən ofisində keçirilib. Görüşdə qazilər,şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Səmimi şəraitdə keçən qəbulun gedişində Novruzəli Aslanov vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb, onların həlli istiqamətində müvafiq addımarın atılacağını bildirib.
Millət vəkili gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanaraq Azərbaycan bayrağını zirvəyə yüksəldən İsmayıllı idmançısı Ayxan Mirzəzadənin məşqçisi Əkbər Şəfaqətovu da qəbul edib, təbriklərini çatdırıb və hədiyyə təqdim edib.
Sonda İsmayıllı şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə öz səmimi minnətdarlıqlarını bildiriblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-11-2026