Ana Sayfa > Qərbi Azərbaycan / Manşet / Özəl / Yazar1 > ŞƏMSİ QOCA: "Vətən üçün döyüşçüdür, Millət üçün söz qalası- Mənim dilim"
ŞƏMSİ QOCA: "Vətən üçün döyüşçüdür, Millət üçün söz qalası- Mənim dilim"1-08-2024, 10:43. Yazar: sevinc1 |
Qayaların sərt qəlpəsi, Zirvələrin şəlaləsi. Bəzən cəngi sədasıdır, Bəzən yanıq ney naləsi Mənim dilim... Yaşıl çəmən, sıx meşədir, Tarixlərə güzgü tutan, Cilalanmış bir şüşədir. Qar altından boy qaldıran Ətir saçan bənövşədir, Mənim dilim... Qobustanda daşa dönmüş Tarixləşən, insan ömrü, Qanad açıb quşa dönmüş Milyon illik cahan ömrü, Bir bəşəri sərvətimdir, Hünərimdir, qeyrətimdir, Mənim dilim. Dədəm Qorqud qopuzunda Dilləndikcə cilalanan, Neçə kərə dərdə düşən, odda qalan, Yaddaşlardan silindikcə yadda qalan, Ən kəsərli qılınclara meydan açan Mənim dilim... Yağılara baş əyməyən Qız qalası, Naxçıvanda Əlincədir, Savalanda Bəzz qalası. Vətən üçün döyüşçüdür, Millət üçün söz qalası- Mənim dilim. Nə yaxşı ki bu dünyanın Dərbəndi var, Təbrizi var. Nə yaxşı ki, Vətənimin Bu dünyada öz sözü var. Bu söz səndən gəlib keçir, Bu söz məndən gəlib keçir. Kəlmə-kəlmə mənim dilim. Minbir xalı toxuyursan İlmə-ilmə mənim dilim. Sən anamın laylasısan, Sən ruhumun mayasısan. Səndən mənə candı gələn, Səndən mənə qandı gələn. Səni duyan vəcdə gəldi Çox elədi heyrət, dilim, Şərəf dilim, qeyrət dilim! Ana dilim... Geri dön |