ABŞ İranın nüvə sirrini açanlara 20 milyon dollar vəd edir
Tarix: 07-11-2026 | Saat: 12:39
Bölmə:Dünya | çapa göndər

ABŞ hakimiyyəti İranın nüvə proqramı ilə bağlı məlumat verən şəxslərə 20 milyon dollaradək mükafat təklif edib. Mükafat nüvə obyektləri, avadanlıqlar, nüvə materiallarının daşınması və proqramda iştirak edən şəxslər barədə məlumatları əhatə edir.
aia.az xəbər verir ki, bu barədə ABŞ hökumətinin “Rewards for Justice” proqramının saytında məlumat verilib.
Elana əsasən, müvafiq məlumatları təqdim edən şəxslərin başqa yerə köçürülməsi də nəzərdə tutulur.
ABŞ Prezidenti Donald Tramp dəfələrlə İranın nüvə silahı əldə etməsinin qarşısını almağın ölkəyə qarşı müharibənin əsas məqsədlərindən biri olduğunu bildirib.
Xatırladaq ki, 2025-ci ilin iyununda Ağ Ev ABŞ-nin zərbələri nəticəsində İranın bir neçə nüvə obyektinin tamamilə məhv edildiyini bəyan edib. Lakin sonradan bəzi ekspertlər Tehranın nüvə materiallarının ən azı bir hissəsini əvvəlcədən təhlükəsiz yerə köçürə biləcəyini ehtimal ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-11-2026