Mobil versiya
Brilliant Dadaşova göz yaşlarına boğuldu: “Bacılarım möhtac qalmasın deyə bağımı, Türkiyədəki evimi satdım"
Tarix: 07-11-2026 | Saat: 14:49
Bölmə:Şou-biznes | çapa göndər

Brilliant Dadaşova göz yaşlarına boğuldu: “Bacılarım möhtac qalmasın deyə bağımı, Türkiyədəki evimi satdım"


Xalq artisti Brilliant Dadaşova bacılarının maddi çətinliklər yaşamaması üçün əlindən gələni etdiyini açıqlayıb.

aia.az bildirir ki, sənətçi son müsahibəsində bu barədə danışarkən göz yaşlarını saxlaya bilməyib.

Brilliant Dadaşova bacılarının heç vaxt kiməsə möhtac qalmasına imkan verməyəcəyini bildirib. O, hətta onların maddi ehtiyaclarını qarşılamaq üçün şəxsi mülklərini satdığını da etiraf edib:

“Sədaqət Dadaşovanın mənim kimi bacısı var. Mən heç vaxt qoymaram ki, mənim bacılarım kiməsə möhtac olsunlar. Bu, mümkün olan şey deyil.

Pandemiya dövründə bağımı, daha sonra Türkiyədəki evimi də satmışam. Mən yenə sonuncu qəpiyimə qədər sataram, amma qoymaram ki, mənim bacılarım kiməsə möhtac olsunlar”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-11-2026