Ərdoğan: Putin Türkiyə-Suriya münasibətlərinin normallaşdırılması üçün danışıqlar variantını nəzərdən keçirir
Tarix: 07-07-2024 | Saat: 19:46
Bölmə:Dünya | çapa göndər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması üçün danışıqların Türkiyədə aparılması variantını nəzərdən keçirdiyini bildirib.
aia.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri Almaniyadan qayıdarkən jurnalistlərə söyləyib.
“İndi elə bir mərhələdəyik ki, Bəşər Əsəd Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində addım atan kimi biz də eyni addımı atacağıq. Çünki əvvəllər Suriya ilə düşmən deyildik, Əsədlə ailə kimi görüşmüşdük. İstənilən vaxt dəvətlərimizi göndərə bilərik. Ümid edirik ki, bunun sayəsində Türkiyə-Suriya münasibətlərini keçmişdəki səviyyəyə qaldıra biləcəyik. Putinin Türkiyədə görüş keçirməklə bağlı fikirləri var. İraqın baş nazirinin də bu məsələyə öz yanaşmaları var. Biz həmişə vasitəçilikdən danışırıq, amma qonşularımız niyə vasitəçi ola bilmir?”, – o deyib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ