Novruzəli Aslanov: “Azərbaycan – Gürcüstan əlaqələri xalqlarımız arasında tarixən mövcud olmuş səmimi dostluq münasibətləri əsasında formalaşıb”
Tarix: 17-03-2024 | Saat: 16:47
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər
“Azərbaycan və Gürcüstan strateji tərəfdaş və dost ölkələrdir. Əlbəttə ki, bu münasibətlər hər iki ölkə xalqlarının rifah yüksəlişinə xidmət etdiyi kimi, ümumilikdə Cənubi Qafqazda sülh və əmin-amanlıq mühitini təmin edən ən mühüm amillərdən biridir. Məhz bu baxımdan da Azərbaycan və Gürcüstan liderlərinin ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini daha da gücləndirilməsinə yönəlmiş səyləri xüsusi önəm kəsb edir. Eyni zamanda qeyd olunmalıdır ki, ölkələrimiz arasındakı bugünkü əlaqələr Azərbaycan və gürcü xalqlarının tarixən mövcud olmuş səmimi dostluq və qonşuluq münasibətləri əsasında formalaşıb. O cümlədən Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin martın 16-da Azərbaycana rəsmi səfəri çərçivəsində ölkə rəhbərlərinin təkbətək və geniş tərkibli görüşləri zamanı iqtisadi, ticari, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq kimi mühüm məsələlər müzakirə edilib. Əlbəttə ki, Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir və bu gün bir çox istiqamətlərdə - enerji, nəqliyyat, logistika, dəmir yolu və bütün digər sahələrdə əməkdaşlıq uğurla həyata keçirilir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Fikirlərini davam etdirən deputat daha sonra Cənub Qaz Dəhlizi layihəsində Azərbaycan və Gürcüstanın mühüm rol oynadıqlarını qeyd edərək bunları diqqətə çatdırıb: “Məlumdur ki, Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları olaraq, onun reallaşdırılmasında da xüsusi rola malikdirlər. Bu barədə mətbuata bəyanatla etdiyi çıxışında öz fikirlərini bildirən cənab Prezident İlham Əliyev vurğuladı ki, bu gün Azərbaycan qazını alan ölkələrin sayı artıq 8-ə çatıb və bu, əlbəttə ki, son deyil. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq. Çünki Azərbaycanın enerji resurslarına olan tələbat ildən-ilə artır. Müasir dünyada gedən geosiyasi proseslər isə, yaxın gələcəkdə bu tendensiyanın davam edəcəyini deməyə bütün əsasları verir. Dövlət başçımız da öz çıxışında qeyd etdi ki, Avropa qitəsində Azərbaycan qazına tələbat ildən-ilə artacaq. Bu tələbatı ödəmək üçün ölkəmizin həm resursları, həm də sərmayə qoymaq üçün maliyyə imkanları var. Həmçinin Azərbaycan Gürcüstan kimi etibarlı dost ölkələrlə qurduğu sağlam münasibətlər sayəsində geniş tranzit imkanlarına sahibdir. Bu isə o deməkdir ki, Azərbaycan və Gürcüstanın iki etibarlı tərəfdaş kimi çıxış etdikləri enerji layihələri bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək.”
Sonda N.Aslanov bu məqamı da qeyd etmişdir ki, bu gün qonşu Gürcüstanda hökm sürən sabitlik və təhlükəsizlik mühiti iqtisadi inkişafın əsasında duran əsas amillərdən biridir: “Aydındır ki, hər hansı bir ölkədə siyasi sabitlik, icttimai təhlükəsizlik təmin olunmadığı təqdirdə heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu baxımdan qonşu Gürcüstünda bu gün hökm sürən sabitlik, əmin-amanlıq və təhlükəsizlik əlbəttə ki, böyük nailiyyətlərdir. Təsadüfi deyil ki, öz çıxışında cənab Prezident İlham Əliyev regionda və dünyada mövcud olan geosiyasi vəziyyət fonunda Gürcüstanda müşahidə olunan stabillik və inkişafı yüksək dəyərləndirmiş və bütün bu uğurların qardaş ölkədə həyata keçirilən məqsədyönlü islahatlar sayəsində əldə olunduğunu vurğulamışdır” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-11-2024