Səttar Möhbalıyev: “Qlobal Bakı Forumunun beynəlxalq problemlərin həllinə böyük dəstəyi var”
Tarix: 15-03-2024 | Saat: 14:28
Bölmə:Manşet / Siyasət / Seçilənlər-1 | çapa göndər
“Paytaxtımızda bəşəriyyətin gələcəyi ilə bağlı daha önəmli tədbir - “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu keçirilir. Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirin mövzusu bundan öncəki forumlarda olduğu kimi, son dərəcə aktualdır. Bildiyimiz kimi hazırda dünyada gərginlik durmadan artır, mürəkkəb proseslər, ağır fəsadlara yol açan dağıdıcı müharibələr baş verir. Bu hadisələr beynəlxalq ictimaiyyəti, tərəqqipərvər xadimləri, siyasətçiləri dərindən narahat edir. Odur ki, yaşanan bu cür hadisələrin təhlili, dünyanın gələcəyi ilə bağlı aparılan müzakirələr əhəmiyyətli xarakter daşıyır. Habelə foruma bir çox ölkələrin, nüfuzlu beynəlxalq qurumların nümayəndələrinin, o cümlədən 68 ölkədən 400-dən çox qonağın qatılması bu platformaya inamı, ildən-ilə artan marağı göstərir. Əminik ki, bu dəfə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi müzakirə edilən məsələlərin həlli yollarını dərindən araşdıracaq və gəlinən qənaəti beynəlxalq ictimaiyyətə ötürəcək”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, Qlobal Bakı Forumu həm də ölkəmizin təbliği, tutuğu siyasi yolun, ədalətli mövqeyin, beynəlxalq hüquqa münasibətdə məsuliyyətinin dünyaya çatdırılması baxımından önəmli platformadır: ”Dövlətimizin başçısı cənab İlham Əliyev tədbirdə çıxışı zaman iştirakçıları regionda baş verən hadisələr, yeni reallıqlar, İkinci Qarabağ müharibəsi və antiterror tədbirlərinin səbəbləri və nəticələri barədə ətraflı məlumatlandırdı. Məlumdur ki, bu gün dünyada, o cümlədən Avropada bəzi qüvvələr var ki, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin olunmasını, beynəlxalq hüququn pozulmuş prinsiplərinin bərpasını həzm edə bilmir. Reallıqları gizlədərək, hadisələri təhrif edərək ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Əsl həqiqəti dövlətimizin başçısı XI Forumda bir daha diqqətə çatdırdı. Təbii ki, hər kəsə, eləcə də ölkəmiz əleyhinə təbliğat aparan, qətnamələr qəbul edən şəxslərə və təşkilatlara da aydındır ki, Azərbaycan dövləti məcburi köçkünlərin öz evində yaşamaq hüququnu təmin edib, təcavüzkar ordunu öz ərazisindən təmizləyib, BMT-nin qətnamələrini icra edib, tarix boyu sülh və təhlükəsizliyə təhdid yaradan separatizmi aradan qaldırıb. Ona görə də ölkəmizə qarşı bu cür mövqe sərgiləyənlər əslində ədalətsiz olduqlarını, məsələyə riyakarcasına yanaşdıqlarını özləri də yaxşı bilirlər”.
“Prezident İlham Əliyev çıxışında Fransanın ölkəmizə olan qərəzli mövqeyinə xüsusi olaraq toxundu. Ümumiyyətlə, işğalı, separatizmi dəstəkləməsi çoxdan bu müstəmləkəçi ölkənin əsl mahiyyətini, simasını ortaya qoyub. Rəsmi Paris bəzən elə rollar oynayır ki, insan haqlarından ağızdolusu elə danışır ki, sanki 21-ci əsrin müstəmləkə dövləti bu deyil. Həmçinin Fransa hökuməti artıq xaos halına gəlmiş özlərinin daxili məsələlərini unudaraq uydurmalar əsasında Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edib. Nəticə də bəllidir, hamısında rəzil duruma düşüblər, arzuları puç olub. Eyni zamanda bu ölkənin Evian şəhərində Xurşidbanu Natəvanın heykəlinə qarşı olanları qeyd etmək istərdim. Bəllidir ki, Natəvan Şərqdə görkəmli şair, maarifçi, xeyriyyəçi, qadın azadlığı, onların hüquqları uğrunda mübariz kimi ad çıxarıb. Bu cür insanın heykəlinə vandalizm etmək bilavasitə ədəbiyyatın, mədəniyyətin çirkin siyasi alətə çevirmək cəhdidir ki, hətta onlar bu səviyyəyə qədər eniblər. Yeri gəlmişkən, martın 13-də Avropa Parlamenti qəbul etdiyi qətnamədə ölkəmizə qarşı yenə də qərəz nümayiş etdirib. Sözsüz ki, bütün bunlar Azərbaycanın həyata keçirdiyi siyasətə, tutduğu ədalətli yola əngəl ola bilməz. Qətnaməni hazırlayanlar, ona səs verənlər nə qədər çalışsalar da, tabutuna möhkəm mismar vurulmuş separatizmi dirildə bilməyəcəklər. Bu artıq tarixdir. Avropa xirtdəyəcən problem içindədir. İrqi ayrı-seçkilikdən tutmuş miqrantlarla xoşagəlməz davranışa qədər çirkaba batıblar. Odur ki, əllərini bizim daxili işlərimizə uzatmasınlar”, - Milli Məclisin deputatı vurğulayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-11-2024