Mobil versiya
Pasiyentin öldüyü "Medicare" klinikası fəaliyyətini bərpa etdi
Tarix: 24-01-2024 | Saat: 10:05
Bölmə:Qərbi Azərbaycan / Karusel | çapa göndər

Pasiyentin öldüyü "Medicare" klinikası fəaliyyətini bərpa etdi

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Sabunçu rayonunda yerləşən "Medicare" klinikasında ölüm hadisəsi qeydə alınmışdı.

Baş verən hadisədən sonra adıçəkilən klinikanın fəaliyyəti dayandırılmışdı.

"Unikal"ın əldə etdiyi məlumata görə, artıq klinika fəaliyyətini bərpa edib.

Qeyd edək ki, 21 dekabr 2023-cü il tarixdə 1971-ci il təvəllüdlü Lətafət Məmmədova "Medicare" klinikasında əməliyyat zamanı ölüb.

Hadisə ilə bağlı Baş Prokurorluq məlumat yayaraq araşdırma aparıldığını açıqlayıb.

Araşdırmanın nəticəsi ilə bağlı məlumat əldə etmək üçün "Medicare" klinikasının baş həkimi Anar Məmmədovla əlaqə saxladıq. O, bu barədə məlumatsız olduğunu və hazırda evdə istirahət etdiyini bildirdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə