Ana Sayfa > Qərbi Azərbaycan / Karusel > Pasiyentin öldüyü "Medicare" klinikası fəaliyyətini bərpa etdi
Pasiyentin öldüyü "Medicare" klinikası fəaliyyətini bərpa etdi24-01-2024, 10:05. Yazar: sevinc1 |
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Sabunçu rayonunda yerləşən "Medicare" klinikasında ölüm hadisəsi qeydə alınmışdı. Baş verən hadisədən sonra adıçəkilən klinikanın fəaliyyəti dayandırılmışdı. "Unikal"ın əldə etdiyi məlumata görə, artıq klinika fəaliyyətini bərpa edib. Qeyd edək ki, 21 dekabr 2023-cü il tarixdə 1971-ci il təvəllüdlü Lətafət Məmmədova "Medicare" klinikasında əməliyyat zamanı ölüb. Hadisə ilə bağlı Baş Prokurorluq məlumat yayaraq araşdırma aparıldığını açıqlayıb. Araşdırmanın nəticəsi ilə bağlı məlumat əldə etmək üçün "Medicare" klinikasının baş həkimi Anar Məmmədovla əlaqə saxladıq. O, bu barədə məlumatsız olduğunu və hazırda evdə istirahət etdiyini bildirdi. aia.az Geri dön |