Mobil versiya
Bu ərazilərdə xeyli sayda silah-sursat polisə təhvil verildi
Tarix: 01-11-2023 | Saat: 12:30
Bölmə:Gündəm / Karusel | çapa göndər

Bu ərazilərdə xeyli sayda silah-sursat polisə təhvil verildi

Bakı, Naxçıvan və Şəmkirdə xeyli sayda silah-sursat polisə təhvil verilib.

Bu barədə aia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının apardığı profilaktiki tədbirlər nəticəsində Babək rayon sakini 1 ədəd “AK-74” markalı avtomat silahı, 131 ədəd patron və 4 ədəd patron darağını könüllü olaraq Naxçıvan Şəhər Polis İdarəsinə, Şəmkir rayon sakini olan iki nəfər isə qanunsuz saxladıqları “İJ” və “TOZ-63” markalı tüfəngləri könüllü olaraq Şəmkir Rayon Polis Şöbəsinə təhvil veriblər.

Eyni zamanda Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat üzrə 1 ədəd RQD-5 qumbarası, 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngini təhvil götürüblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025