Səhiyyəs qonşu ölkələrdən geri qaldı – Professor əsas problemləri açıqladı
Tarix: 05-11-2026 | Saat: 19:12
Bölmə:Özəl | çapa göndər

Azərbaycan səhiyyə sisteminin göstəricilərinə görə beynəlxalq reytinqdə qonşu ölkələrdən geri qalıb. “Numbeo” platformasının 2026-cı ilin ilk yarısına dair məlumatlarına əsasən, ölkəmiz 49,02 balla 101 ölkə arasında 92-ci yerdə qərarlaşıb.
Reytinqdə region üzrə ən yüksək nəticəni Türkiyə göstərib. Bu ölkə 71,34 balla 24-cü pillədə yer alaraq Almaniyanı da qabaqlayıb.
Digər ölkələr arasında Rusiya 61,69 balla 60-cı, Qazaxıstan 60,70 balla 61-ci, Ermənistan 59,99 balla 62-ci, Gürcüstan isə 56,46 balla 77-ci yerdə qərarlaşıb. Özbəkistan 64,42 balla 49-cu pillədə göstərilib.
Bəs Azərbaycanda müasir xəstəxanalar və tibbi avadanlıqlar olduğu halda, səhiyyə sisteminin belə aşağı qiymətləndirilməsinin səbəbi nədir?
Məsələyə münasibət bildirən həkim-cərrah, professor Adil Qeybulla hesab edir ki, əsas problemlər tibbi imkanların çatışmazlığından daha çox səhiyyənin təşkili və idarə olunması ilə əlaqədardır.
Professorun sözlərinə görə, Azərbaycanda həm dövlət, həm də özəl klinikalar müasir avadanlıqlarla təchiz olunub, xaricdən ixtisaslı mütəxəssislər cəlb edilib və mürəkkəb cərrahi əməliyyatlar həyata keçirilir.
Lakin əsas məsələ vətəndaşların bu imkanlardan nə dərəcədə yararlana bilməsi, tibbi xidmətlərin əlçatanlığı və pasiyent məmnunluğudur.
Adil Qeybulla səhiyyə sistemindəki problemləri bir neçə amillə əlaqələndirib. Onun fikrincə, Səhiyyə Nazirliyi ilə TƏBİB arasında səlahiyyət bölgüsü, xəstəxanaların müxtəlif qurumlar tərəfindən idarə olunması və vahid koordinasiya mexanizminin yetərincə formalaşmaması mövcud vəziyyətə təsir göstərib.
Professor icbari tibbi sığorta sisteminin təşkilindəki çatışmazlıqları da əsas problemlər sırasında göstərib. O bildirib ki, idarəetmədəki nöqsanlar həm həkimlərin, həm də pasiyentlərin məmnunluğuna mənfi təsir edir.
“Burada söhbət təkcə müasir avadanlıqların və peşəkar həkimlərin mövcudluğundan getmir. Əsas məsələ həmin imkanlardan vətəndaşların nə dərəcədə yararlana bilməsidir”, – deyə professor vurğulayıb.
Adil Qeybulla hesab edir ki, səhiyyə sistemində ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilməklə Azərbaycanın beynəlxalq reytinqdəki mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq mümkündür.
Professorun fikrincə, açıqlanan nəticələrdən ciddi nəticə çıxarılmalı, səhiyyənin idarə olunması və tibbi xidmətlərin əlçatanlığı istiqamətində konkret addımlar atılmalıdır.
Qeyd edək ki, “Numbeo”nun səhiyyə indeksi istifadəçi rəyləri və qiymətləndirmələri əsasında formalaşır. Buna görə də bu göstərici ölkələrin səhiyyə xidmətlərinin keyfiyyətini bütün meyarlar üzrə ölçən rəsmi tibbi reytinq hesab edilmir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-11-2026