Ana Sayfa > Gündəm / Karusel > Bu ərazilərdə xeyli sayda silah-sursat polisə təhvil verildi
Bu ərazilərdə xeyli sayda silah-sursat polisə təhvil verildi1-11-2023, 12:30. Yazar: sevinc1 |
Bakı, Naxçıvan və Şəmkirdə xeyli sayda silah-sursat polisə təhvil verilib. Bu barədə aia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının apardığı profilaktiki tədbirlər nəticəsində Babək rayon sakini 1 ədəd “AK-74” markalı avtomat silahı, 131 ədəd patron və 4 ədəd patron darağını könüllü olaraq Naxçıvan Şəhər Polis İdarəsinə, Şəmkir rayon sakini olan iki nəfər isə qanunsuz saxladıqları “İJ” və “TOZ-63” markalı tüfəngləri könüllü olaraq Şəmkir Rayon Polis Şöbəsinə təhvil veriblər. Eyni zamanda Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat üzrə 1 ədəd RQD-5 qumbarası, 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngini təhvil götürüblər. aia.az Geri dön |