Mobil versiya
Rubio vəzifəsindən istefa verə bilər - KİV
Tarix: 05-11-2026 | Saat: 23:54
Bölmə:Dünya | çapa göndər

Rubio vəzifəsindən istefa verə bilər - KİV


ABŞ dövlət katibi Marko Rubio 2028-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün hazırlıq çərçivəsində istefa verə bilər.
aia.az xəbər verir ki, bu barədə Britaniyanın “The Independent” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, Rubio Respublikaçılar Partiyasının ABŞ Konqresinə aralıq seçkilərdə məğlub olması səbəbilə vəzifəsindən gedə bilər.

Qəzet yazır ki, Rubio ABŞ prezidenti Donald Tramp administrasiyasının siyasətindən, o cümlədən İrandakı müharibədən uzaqlaşmalıdır. Qəzet hesab edir ki, bu, onun respublikaçılardan prezidentliyə namizəd olmaq uğrunda vitse-prezident Ceyms Devid Venslə mübarizədə şanslarını artıra bilər.

“The Independent” onu da qeyd edib ki, yaxın vaxtlarda Tramp administrasiyasını ümumilikdə beşədək qurum rəhbəri tərk edə bilər.

Ağ Ev və ABŞ Dövlət Departamenti isə qəzetin iddialarını təkzib edib.(APA)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2026