Mobil versiya
Bu yolda bütün zolaqlar üzrə sürət həddi endirildi
Tarix: 06-11-2026 | Saat: 00:14
Bölmə:Ölkə | çapa göndər

Bu yolda bütün zolaqlar üzrə sürət həddi endirildi


Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə aia.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat verib.

"Hazırda Bakıda müşahidə edilən küləkli və yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib", - NİİM-dən bildirilib.

Qeyd olunub ki, bununla bağlı mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında "sürüşkən yol" işarəsi aktivləşdirilib: "Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2026