Mobil versiya
Tovuzda 8-Noyabr Zəfər gününə həsr olunmuş yeniyetmələr arasında minifutbol üzrə rayon turniri keçirilib. -Fotolar
Tarix: 05-11-2026 | Saat: 18:52
Bölmə:İdman | çapa göndər

Tovuzda 8-Noyabr Zəfər gününə həsr olunmuş yeniyetmələr arasında minifutbol üzrə rayon turniri keçirilib.

04-05 noyabr 2026-cı il tarixlərdə YAP Tovuz rayon Təşkilatının, Tovuz rayon İcra Hakimiyyətinin, Tovuz rayonu üzrə gənclər və idman sektorunun və Tovuz rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə "8 Noyabr - Zəfər Günü"nə həsr olunmuş 2009-2010-cu il təvəllüdlü məktəblilər arasında minifutbol üzrə rayon turniri keçirilib.
Turnirdə YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov, Tovuz rayon İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar məsələlər sektorunun müdiri Tofiq Əliyev, Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə gənclər və idman sektorunun müdiri Vasif Abdulllayev, iştirak edib.
İlk öncə Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışçılar 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyətindən, 44 günlük Vətən müharibəsində qazanılmış Qələbənin xalqımızın həyatında yaratdığı mühüm dəyişikliklərdən, milli birliyimizin, dövlətçilik iradəmizin və azərbaycançılıq ideologiyasının təntənəsindən bəhs edərək iştirakçılara ətraflı məlumat veriblər.
Yarışda ümumilikdə 13 komandadan 120 nəfər iştirak edib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirin yekun nəticələrinə əsasən, I yerə Nəsrəddin Tusi adına təbiət və texniki təmayüllü məktəb-liseyin komandası, II yerə Fariz Hüseynov adına Qaraxanlı kənd tam orta ümumtəhsil məktəbinin komandası, III yerə isə Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümumtəhsil məktəbinin komandası layiq görülüb.
Turnirin sonunda qalib komandalar kubok, medal və diplomlarla təltif olunublar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2026