APA-nın sədri MDB ölkələrinin Pediatrları Federasiyası tərəfindən medalla təltif olunub -Foto
Tarix: 22-09-2023 | Saat: 09:25
Bölmə:Özəl / Qərbi Azərbaycan | çapa göndər

Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) sədri, Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə MDB Ölkələrinin Pediatrları Federasiyanın Qırğızıstanda keçirilən X Yubiley Konqresində uşaqların sağlamlığının müdafisəsində və pediatriyanın inkişafında verdiyi töhfələrə görə medalla təltif edilib.
Alim 1995-ci ildən başlayaraq, ana və uşaq sağlamlığının qorunmasında, bu istiqamətdə müvafiq dövlət proqramlarının hazırlanmasında və təbliğində çoxşaxəli fəaliyyət göstərib.
Təranə Tağı-zadə Ümumdünya Səhiyyə Təşkilatının uşaq xəstəlikləri proqramları, eləcə də 1995-ci ildən UNICEF-Azərbaycan və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin beynəlxalq sağlamlıq proqramları üzrə ekspertidir.
Alim həm də 2008-ci ildən Səhiyyə Nazirliyinin "Ana və uşaq" layihələrinin milli koordinatoru kimi fəaliyyət göstərir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər