Ana Sayfa > Özəl / Qərbi Azərbaycan > APA-nın sədri MDB ölkələrinin Pediatrları Federasiyası tərəfindən medalla təltif olunub
APA-nın sədri MDB ölkələrinin Pediatrları Federasiyası tərəfindən medalla təltif olunub22-09-2023, 09:25. Yazar: sevinc1 |
Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) sədri, Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə MDB Ölkələrinin Pediatrları Federasiyanın Qırğızıstanda keçirilən X Yubiley Konqresində uşaqların sağlamlığının müdafisəsində və pediatriyanın inkişafında verdiyi töhfələrə görə medalla təltif edilib. Alim 1995-ci ildən başlayaraq, ana və uşaq sağlamlığının qorunmasında, bu istiqamətdə müvafiq dövlət proqramlarının hazırlanmasında və təbliğində çoxşaxəli fəaliyyət göstərib. Təranə Tağı-zadə Ümumdünya Səhiyyə Təşkilatının uşaq xəstəlikləri proqramları, eləcə də 1995-ci ildən UNICEF-Azərbaycan və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin beynəlxalq sağlamlıq proqramları üzrə ekspertidir. Alim həm də 2008-ci ildən Səhiyyə Nazirliyinin "Ana və uşaq" layihələrinin milli koordinatoru kimi fəaliyyət göstərir. aia.az Geri dön |