“Fənərbağça” mövsümə qələbə ilə başlayıb
Tarix: 14-08-2023 | Saat: 09:16
Bölmə:İdman | çapa göndər

Türkiyə Super Liqasının ilk turunda "Fənərbağça" "Qaziantep"i qəbul edib.
aia.az bildirir ki, kadıköylülər bosniyalı hücumçu Edin Cekonun 3 və 18-ci dəqiqələrdə vurduğu qollar sayəsində qələbə qazanıblar.
Qarşılaşmanın 23-cü dəqiqəsində qonaqların rumıniyalı yarımmüdafiəçisi Aleksandru Maksim qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Birinci hissənin əlavə edilmiş dəqiqələrində "qırmızı-qaralar" hesabdakı fərqi minimuma endirsələr də, bundan artığına gücləri çatmayıb.
Beləliklə, matç "Fənərbağça"nın 2:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, növbəti turda "Fənərbağça" "Yılport Samsunspor"a qarşı səfər matçına çıxacaq, "Qaziantep" isə "Sivasspor"u qəbul edəcək.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-07-2025