Mobil versiya
Avropa Liqası: Bu gün mövsümün qalibi məlum olacaq
Tarix: 31-05-2023 | Saat: 09:25
Bölmə:İdman | çapa göndər

Avropa Liqası:

Bu gün UEFA Avropa Liqasında 2022/2023 mövsümünün qalibi müəyyənləşəcək.

aia.az xəbər verir ki, həlledici matçda İspaniyanın “Sevilya” və İtaliyanın “Roma” klubları üz-üzə gələcəklər.

Görüş Macarıstanın paytaxtı “Puşkaş Arena”da baş tutacaq və Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Bu, qitənin ikinci dərəcəli klub turnirində “Sevilya”nın 7-ci, “Roma”nın isə 2-ci finalı olacaq. İspanlar 6 finalın hər birində qalib gəliblər və bu göstəricidə rekordçudurlar. “Roma” isə heç vaxt bu kuboku əldə etməyi bacarmayıb.

UEFA Avropa Liqası

31 may

23:00. “Sevilya” (İspaniya) - “Roma” (İtaliya)

Baş hakim: Entoni Teylor (İngiltərə)

Budapeşt, “Puşkaş Arena”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024