Ana Sayfa > İdman > Avropa Liqası:
Avropa Liqası:31-05-2023, 09:25. Yazar: sevinc1 |
Bu gün UEFA Avropa Liqasında 2022/2023 mövsümünün qalibi müəyyənləşəcək. aia.az xəbər verir ki, həlledici matçda İspaniyanın “Sevilya” və İtaliyanın “Roma” klubları üz-üzə gələcəklər. Görüş Macarıstanın paytaxtı “Puşkaş Arena”da baş tutacaq və Bakı vaxtı ilə 23:00-da start götürəcək. Bu, qitənin ikinci dərəcəli klub turnirində “Sevilya”nın 7-ci, “Roma”nın isə 2-ci finalı olacaq. İspanlar 6 finalın hər birində qalib gəliblər və bu göstəricidə rekordçudurlar. “Roma” isə heç vaxt bu kuboku əldə etməyi bacarmayıb. UEFA Avropa Liqası 31 may 23:00. “Sevilya” (İspaniya) - “Roma” (İtaliya) Baş hakim: Entoni Teylor (İngiltərə) Budapeşt, “Puşkaş Arena” aia.az Geri dön |