Mobil versiya
Vətən sərhəddən başlayır!
Tarix: 03-04-2023 | Saat: 16:01
Bölmə:Özəl | çapa göndər

Vətən sərhəddən başlayır!

Azərbaycan Prezidenti İlham Əliyevin 5 iyun 2017-ci il tarixli 2960 nömrəli Sərəncamına əsasən Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının Komandanı vəzifəsindən azad edilmişdir və Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir.

2020-ci ilin Qarabağ müharibəsi zamanı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulan döyüş tapşırıqları Dövlət Sərhəd Xidmətinin rəisi General-polkovnik Elçin Quliyevin rəhbərliyi altında icra olundu, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları fərqləndi. Müharibə zamanı 25 gün ərzində Araz çayı boyunca yerləşən Cəbrayıl rayonunun və Zəngilan rayonunun yaşayış məntəqələri işğaldan azad edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Quliyev "Zəfər" ordeni ilə təltif edilmişdir.

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev indiyədək fəalliyyətini uğurla və şərəflə davam etdirir. Gənclərə xüsusi qayğı göstərib hər il Dövlət Sərhəd Xidmətinin nəzdində olan məktəbə və akademiyaya nəzər yetirir. Başda Elçin Quliyev, digər hərbi rütbəli zabitlərimiz, sərhədçi əsgərlərimiz ulu, igid qəhrəmanlarımızın davamçıları olaraq hər zaman xalqa yüksək ləyəqatlə xidmət edirlər!

Belə ki, hər il 18 avqust ölkəmizdə sərhədçilərin peşə bayramı günü kimi qeyd edilir. Məhz ümummilli lider Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə 18 avqust Sərhəd Qoşunlarının şəxsi heyətinin peşə bayramı kimi təsis edilmişdir. Sərhədçilərin 18 avqustda peşə bayramlarının qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. 1919-cu il avqustun 18-də Azərbaycan parlamenti “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” qanun qəbul etmişdir. Ölkədə 99 sərhəd mühafizə postunun yaradılmasını nəzərdə tutan bu qanunun 1-ci maddəsində göstərilirdi ki, Azərbaycan Respublikasının sərhədlərini qeyri-leqal ticarətdən qorumaq və qaçaqmalçılıqla mübarizə aparmaq məqsədilə Azərbaycanın sərhədləri boyu sərhəd postları təsis edilməlidir. Bununla da Azərbaycan tarixində ilk dəfə Sərhəd Qoşunlarının yaradılmasına başlanılmışdır.
Dəniz sərhədlərinin mühafizəsinin səviyyəsini qaldırmaq üçün müasir tipli radar qurğuları və rabitə vasitələri quraşdırılıb ki, bu da şəxsi heyətə xidməti vəzifələrini daha yüksək səviyyədə yerinə yetirməyə imkan verir. Dəniz sərhədlərinin mühafizəsinin gücləndirilməsi, dənizdə neft-qaz infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsi, axtarış və xilasetmə işlərinin səviyyəsinin yüksəldilməsi üçün sərhəd gözətçi gəmiləri müasir naviqasiya və aşkaretmə avadanlıqları ilə təchiz edilib.

Zabit heyətinin komplektləşdirilməsi xüsusi diqqət mərkəzindədir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2007-ci il iyun ayının 12-də yaradılan Dövlət Sərhəd Xidmətinin Akademiyası ixtisaslı ali hərbi təhsilli zabit kadrlarının, komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanmasında mühüm rol oynamaqla sərhədlərimizin daha mükəmməl şəkildə qorunmasını təmin edir.

Bu illər ərzində Dövlət Sərhəd Xidmətinin beynəlxalq əlaqələri də xeyli genişlənmişdir. Belə ki, beynəlxalq təşkilatlarla əlaqələrin gücləndirilməsi istiqamətində NATO, Avropa İttifaqı, Beynəlxalq Miqrasiya Təşkilatı, ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar üzrə Bürosu, Sərhəd Xidməti Orqanlarının Beynəlxalq Şiofok Konfransı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, AEBA və digər təşkilatlarla qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri qurulmuşdur. Çox böyük qürurverici faktdır ki, bu gün Dövlət Sərhəd Xidməti yalnız mövcud qabaqcıl təcrübəni öyrənib həyata keçirir, həm də bir çox ölkələrin sərhəd qurumları sərhədçilərimizin zəngin təcrübəsindən yararlanırlar.
Azərbaycan Respublikası Sərhəd Qoşunlarının formalaşmasında ümummilli liderimizin siyasi fəaliyyətinin 1990-1993-cü illəri əhatə edən Naxçıvan dövrü müstəsna əhəmiyyətə malikdir. Bu dövrdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda ilk milli sərhəd qurumları yaradılmışdır.

Dövlətimizin müstəqilliyinin keşiyində hər zaman şərəflə dayanan Azərbaycan sərhədçilərinin 44 günlük haqq savaşında da Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirmələri, Vətən müharibəsinin ilk günündən Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad etmələri, 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirmələri, Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində dövlət bayrağımızı sancmaları, Ermənistanla dövlət sərhədində strateji yüksəklikləri azad etmələri, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklərin azad olunmasında Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və igidlik nümunələri göstərmişlərdir.

Dünyanın aparıcı ordularının, hərbi-strateji araşdırma mərkəzlərinin tədqiqat mövzusuna çevrilmiş, müasir müharibə aparma təcrübəsində yenilik kimi tarixə düşmüş AN-2 təyyarələrinin modifikasiya olunmaqla pilotsuz uçuş vasitəsi kimi tətbiqi, müasir hərbi texnologiyalar, kəşfiyyat və zərbəendirici pilotsuz uçuş aparatlarının sinxronlaşdırılmış istifadəsi nəticəsində müharibənin ilk günlərindən Qarabağ səmalarına hakim olmağımız qürurla vurğulanmış, “Açıq səma” adlı bu döyüş əməliyyatı xüsusilə vacib olmuşdur.

Dövlət Sərhəd Xidmətinin “Harop”, “Quzğun” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli hədəfləri, o cümlədən “Toçka-U”, “Elbrus” (SKAD) operativ–taktiki raket kompleksləri, “S-300”, “KRUQ”, “OSA” “KUB”, “TOR” zenit-raket kompleksləri, radio elektron-mübarizə stansiyaları, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələrinin məhv edildiyi, ümumilikdə 290 düşmən hədəfinin, çoxsaylı canlı qüvvəsinin zərərsizləşdirilmişdir.

Vətən müharibəsində döyüş tapşırıqlarını uğurla icra edərək qəhrəmanlıq salnamələri yazmış sərhədçilərin bu gün də düşmən tapdağından azad olunmuş müqəddəs sərhədlərimizin toxunulmazlığının təmin edilməsi vəzifəsini şərəflə yerinə yetirirlər.

Ermənistan Silahlı Qüvvələrinin ölkəmizin ərazisinə və suverenliyinə qarşı təhdininin qarşısının alınması zamanı Dövlət Səhəd Xidmətinin hərbi qulluqçuları şəxsi igidlik və şücaət göstərmiş, düşmənə qarşı qəhrəmancasına vuruşaraq şəhid olublar. Şəhid olanlardan biridə Dövlət Sərhəd Qoşunlarında gizir rütbəsi ilə hərbi qulluqda olmuş, şəhid olandan sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalı ilə təltid olunmuş Xudayar Yusifzadə olmuşdur.

Azərbaycan qadının 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda savaşda canlarından keçməyə hazır olan qəhrəmanlar nəslini yetişdirməsi vurğulanmış, qadınların cəmiyyətimizin bütün sahələrində, o cümlədən Silahlı Qüvvələrin fəaliyyətində yaxından iştirak etmələri, Vətənimizin sərhədlərinin mühafizəsi kimi çətin və şərəfli vəzifənin yerinə yetirilməsində sərhədçi qadınların əzmkarlıq göstərdikləri, xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlirlər.

Bu gün Azərbaycan Ordusunda xidmət edən hər kəsin əsas vəzifəsi xalqımıza düşmənçilik hissləri bəsləyən erməni şovinizminə qarşı mübarizlik əzmimizi qorumaq və tarixi torpaqlarımızın düşmən tapdağından təmizlənməsi üçün savaşa hər an hazır olmaqdır!

Vətən sərhəddən başlayır! Sərhədi ciddi və etibarlı qorunan Vətən həmişə əzəmətli görünüb. Eyni zamanda, sərhədi möhkəm qorunan dövlətin ticari və iqtisadi inkişafı qaçılmazdır, qlobal təhlükələrdən, xüsusən də terrorizmdən müdafiəsi etibarlıdır. Məhz bu gün sərhədlərimizin qorunması istiqamətində Azərbaycan dövlətinin əhəmiyyətli layihələri mövcuddur. Eyni zamanda qürurla qeyd etmək olar ki, ölkəmizin Silahlı Qüvvələrinin sırasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin peşəkarlıq səviyyəsi daim yüksəlməkdədir.

Zərinə Hümbətova,
Azərbaycan Dövlət Pedaqoji Universiteti, YAP üzvü, Nəsimi rayon gənci




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024