ABŞ və Azərbaycan arasında yaradılacaq Strateji İşçi Qrup regional və beynəlxalq səviyyədə öz töhfəsini verəcək - DEPUTAT
Tarix: 09-08-2025 | Saat: 21:29
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan Prezidenti İlham Əliyevin Donald Trampın dəvəti əsasında Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfəri tarixi əhəmiyyət daşıyır. Bu səfərin əsas mühüm istiqaməti ABŞ-ın iştirakı ilə Ermənistan və Azərbaycan arasında bir sıra sənədlərin, müddəaların paraflanması oldu. Azərbaycan-ABŞ arasında ikitərəfli əlaqələr, ümumiyyətlə bu münasibətlərin sülh müqaviləsinin imzalanmasına olan təsiri diqqətçəkən məqamlardandır. Bundan sonra ikinci vacib məsələ təbii ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması olacaq.
Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.
Onun sözlərinə görə, ABŞ-Azərbaycan münasibətləri yeni bir mərhələyə qədəm qoyub. Bunu Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzalanması da sübut edir: “Bizim inkişaf tendensiyamız ABŞ-la dostluq münasibətləri üzərində qurulacaq. Amerika ilə Azərbaycan arasında bir neçə istiqamət üzrə əməkdaşlıq var. Bu, enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar, müdafiə sahəsində qarşılıqlı əməkdaşlıq, o cümlədən süni intellekt sahəsini əhatə edir. Ümid edirəm ki, yeni yaradılacaq Strateji İşçi Qrup da həm regional baxımdan səmərəli olacaq, eyni zamanda beynəlxalq səviyyədə öz töhfəsini verəcək.
Ən mühüm məsələlərdən biri 907-ci düzəlişin tətbiqinin dayandırılması haqqında sənədin imzalanması idi. Bu da çox mühüm əhəmiyyət kəsb edir. Vaxtilə ABŞ-dan dövlət yardımının göstərilməsi ümumiyyətlə qadağan edilmişdi. O vaxtkı ABŞ hakimiyyəti - Bayden, Blinkin administrasiyası Əfqanıstan əməliyyatları başa çatandan sonra dərhal 907-ci düzəlişi tətbiqini davam etdirdi”.
Milli Məclisin deputatı bildirib ki, Azərbaycan-Ermənistan sülh gündəliyi çox böyük əhəmiyyət kəsb edir: “Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüşün nəticəsində Birgə Bəyannamə imzalandı. Burada bir neçə istiqamət var idi ki, bu, daim Azərbaycanın tələbi olub. Söhbət Minsk qrupunun ləğvindən gedir. Buna görə də ATƏT-ə birgə müraciət imzalandı. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması müddəası çox vacibdir. Zəngəzur dəhlizi də daxil olmaqla digər müddəaların paraflanması çox mühüm məsələlərin müzakirəsi ilə yadda qaldı. Naxçıvana quru yolla maneəsiz keçidin təmin edilməsi məsələsi qeyd olundu. Artıq bu dəhliz reallaşmaqdadır. Donald Trampın Zəngəzur dəhlizinin qarantı rolunda çıxış etməsi ilə bağlı bəyanatı mühüm əhəmiyyət kəsb edir. Sənədlərin paraflanması iki ölkə xarici işlər nazirlərinin iştirakı ilə təsdiq olundu. Paraflanma sülh müqaviləsinin imzalanmasında ciddi addımlardan biridir. 2026-cı ildə Ermənistan Konstitusiyasında dəyişikliklərlə bağlı referendum keçirildikdən sonra Sülh Sazişinin yekun imzalanması təmin olunacaq. Hesab edirəm ki, Amerika Prezidenti Donald Trampın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində iştirakı tarixi hadisədir və bu, vaxtilə İsrail və Misir arasında Cimmi Karterin təşəbbüsü ilə imzalanan müqavilə ilə müqayisə oluna bilər. Bir sözlə, Azərbaycanın həyata keçirdiyi islahatlar, eyni zamanda müstəqil daxili və xarici siyasətin olması hadisələrin belə sonluqla nəticələnməsinə gətirib çıxartdı. Bu, tək region üçün deyil, bütün dünya üçün çox vacibdir. Düşünürəm ki, Prezident İlham Əliyevin apardığı müstəqil daxili və xarici siyasət, suverenliyi, ərazi bütövlüyü və Azərbaycan xalqının rifahı yolunda artığı addımlar öz bəhrəsini verir. Bu siyasət dönməzdir”, - deyə o qeyd edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-08-2025