Qalib RƏHİMLİ: "Prezident Ilham Əliyevin ABŞ-a səfəri və ya Vaşinqtondan düyaya yayılan sülhün səsi"
Tarix: 09-08-2025 | Saat: 22:53
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

ABŞ paytaxtında Azərbaycanın üçrəngli bayrağı dalğalananda hər bir Vətən oğlunun duyduğu qürur sözlə ifadə ediləsi deyil. Bu olduqca ülvi bir hissdir. Bu an təkcə bir dövlət səfərinin başlanğıcı deyildi. Bu, illərin diplomatik zəhmətinin, milli iradənin, siyasi uzaqgörənliyin və qürurlu tariximizin zirvəyə yüksəlmiş anı idi. Böyük inam və əminliklə deyə bilərəm ki, Prezident İlham Əliyevin Vaşinqtona səfəri Azərbaycan diplomatiyasının müasir tarixində xüsusi bir səhifə kimi qalacaq. Bu bir gerçəklikdir ki, Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan diplomatiyası çox böyük uğurlara nail olub. Azərbaycanın beynəlxalq aləmdə tanınması, söz sahibi olması, aparıcı dövlətlərlə münasibətlərin yaxşılaşdırılması və əməkdaşlıqların genişləndirilməsi, eləcə də ölkəmizin haqq səsinin dünyada tanıdılması bunun bariz nümunəsidir. 44 günlük müharibə, 23 saatlıq antiterror əməliyyatları və sonrakı dövrdə bir çox dünya ölkələrinin Azərbaycanı dəstəkləməsi İlham Əliyev diplomatiyasınn çox böyük nailiyyətidir. Həmin nailiyyət bu gün özünün daha yüksək səviyyəsinə qədəm qoyub. ABŞ kimi böyük, aparıcı bir dövlətlə əlaqələrin genişləndirilməsi, Vaşinqtonda ABŞ prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü bu diplomatiyanın qələbəsi kimi dəyərləndirilməlidir. Çünki dünya artıq Azərbaycanı demokratik, sivil və haqq-ədalət uğrunda mübariz bir dövlət kimi tanıyır. Ölkə rəhbərinin siyasəti məhz bəşəri ideyalara söykənir. İlk növbədə, bu görüş Azərbaycana və onun prezidentinə göstərilən etimadın, verilən dəyərin ifadəsidir. Çünki Prezident İlham Əliyev özünün amalları və əməlləri ilə sübut edir ki, dünyada sülh və bərabərlik tərəfdarıdır. Vaşinqtondakı üçtərəfli görüş hər üç dövlətin milli maraqlarına uyğundur. ABŞ Cənubi Qafqazda özünü hiss etdirməkdə və regionda sabitliyin təmin olunmasına töhfə vermək niyyətindədir. Bu isə Azərbaycan üçün çox dəyərlidir.
Vaşinqtonun rəmzi küçələri ilə irəliləyən Prezident İlham Əliyev dünyanın ən nüfuzlu siyasi mərkəzlərindən birində xalqımızı təmsil edirdi. Onu qarşılayan səmimi təbəssümlər, hörmətlə uzadılan əllər, açılan qapılar Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrildiyini göstərirdi. Xüsusilə, Ağ Evin qızıl açarının Prezident İlham Əliyevə təqdim edilməsi həm dərin rəmzi məna daşıyan, həm də iki ölkə arasında etimadın və dostluğun möhkəmliyini təsdiqləyən nadir hadisə idi. Bu açar, əslində, ABŞ-ın Azərbaycanın qlobal siyasətdəki yerini yüksək qiymətləndirməsinin və gələcəyə uzanan əməkdaşlıq körpüsünün simvolu idi.
Səfərin ən mühüm məqamlarından biri sülh sazişinə dair verilən bəyanat oldu. Prezident İlham Əliyev, özünəməxsus qətiyyət və aydın vizyonla, Cənubi Qafqazda uzunmüddətli sülhün reallaşmasının artıq tarixi zərurət olduğunu vurğuladı. Bu bəyanat yalnız diplomatik mətn deyildi – bu, region xalqları üçün yeni bir sabahın, təhlükəsizlik və rifah dolu bir gələcəyin anonsu idi. Azərbaycanın sülh gündəliyi, təkcə qonşularla münasibətlərin normallaşmasını deyil, həm də beynəlxalq əməkdaşlığın yeni parametrlərlə qurulmasını nəzərdə tutur.
Səfər çərçivəsində imzalanan strateji tərəfdaşlıq müqaviləsi iki dövlət arasında münasibətlərin daha yüksək mərhələyə qalxdığını təsdiqlədi. Enerji təhlükəsizliyi, iqtisadi əlaqələr, yüksək texnologiyalar, innovasiyalar və təhsil sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi, Azərbaycanın regionda və dünyada mühüm bir körpü rolunu daha da gücləndirəcək. Bu müqavilə ilə Azərbaycanın enerji resursları yalnız iqtisadi mənfəət deyil, həm də beynəlxalq sabitliyin əsas dayaqlarından biri kimi dəyərləndirilir.
Prezident İlham Əliyevin Vaşinqtonda keçirdiyi görüşlər zamanı nümayiş etdirdiyi intellektual üstünlük, məntiqli arqumentlər və prinsipial mövqeyi hər bir dinləyicidə heyranlıq doğurdu. Onun nitqlərində səmimiyyətlə qətiyyət, diplomatik zərifliklə milli maraqların müdafiəsi arasında incə bir harmoniya vardı. Bu çıxışlar bir daha göstərdi ki, Azərbaycan diplomatiyası artıq müdafiəçi mövqedən çıxaraq təşəbbüskar və istiqamətverici rola sahibdir. Bu səfərin həm siyasi, həm də emosional tərəfləri var idi. Vaşinqton küçələrində Azərbaycanın dostları, diaspor nümayəndələri, tələbələr və sadə amerikalılar Prezidentimizi salamlayır, Azərbaycan bayraqları dalğalanırdı. Bu, həm də bir millətin öz liderinə olan sevgisinin, etimadının və dəstəyinin xarici məkanda parlaq təzahürü idi.
Vaşinqtondan dünyaya yayılan sülh səsi, dostluq mesajı və strateji əməkdaşlıq ruhu indi yalnız rəsmi sənədlərdə yox, həm də insanların qəlbində yaşayır. Bu səfər Azərbaycanın müstəqillik tarixində yeni bir qürur səhifəsi yazdı. Zəfər taxtında əyləşən, lakin daim yenilik və tərəqqi axtarışında olan bir dövlətin, bir liderin hekayəsi kimi tarixə düşdü.
.Azərbaycan bu gün yalnız diplomatik arenada deyil, həm də beynəlxalq münasibətlər sisteminin gələcəyinin formalaşmasında fəal söz sahibidir. Vaşinqton səfəri isə bunun ən bariz sübutlarından biri oldu.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-08-2025