Mobil versiya
Britaniyanın xarici işlər naziri: Sülh istiqamətində atılan cəsarətli addımlara görə Azərbaycan və Ermənistanı təbrik edirəm
Tarix: 10-08-2025 | Saat: 11:12
Bölmə:Gündəm | çapa göndər

Britaniyanın xarici işlər naziri: Sülh istiqamətində atılan cəsarətli addımlara görə Azərbaycan və Ermənistanı təbrik edirəm

Britaniyanın xarici işlər naziri Devid Lemmi Ermənistan və Azərbaycan arasında Vaşinqtonda atılan mühüm sülh addımlarını alqışlayıb.

O, “X” sosial şəbəkə hesabında bu barədə yazıb: “Vaşinqtonda sülh istiqamətində atılan cəsarətli addımlara görə Ermənistan və Azərbaycanı təbrik edirəm. Bu irəliləyişin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın həlledici rolunu yüksək qiymətləndirirəm”.

Devid Lemmi əlavə edib ki, Böyük Britaniya Cənubi Qafqazda sülh prosesini dəstəkləməyə hazırdır: “Hər iki tərəf öhdəliklərinə sadiq qaldıqca, Böyük Britaniya sülhü dəstəkləməyə hazırdır”,- deyə nazir bildirib.

Aytən Abbaslı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-08-2025