Göydəniz Qəhrəmanov: “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
Tarix: 10-08-2025 | Saat: 11:59
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

“Cənab Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri, birmənalı olaraq, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Eyni zamanda da bu səfərin məhz Prezident Donald Trampın dəvəti ilə baş tutması ABŞ-nın da həm Azərbaycanla qarşılıqlı əlaqələrin inkişafında, həm də Cənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar olmasında son dərəcə maraqlı olduğunu göstərir. Azərbaycan Prezidentinin Vaşinqtona səfəri çərçivəsində baş vermiş iki mühüm hadisə Azərbaycan-Amerika ikitərəfli münasibətlərinin yeni müstəvidə inkişafına xüsusilə güclü təkan verəcək. Bu hadisələrdən biri Azərbaycanın 1992-ci ilin oktyabr ayından bəri ABŞ Konqresi tərəfindən məruz qoyulduğu ədalətsiz sanksiyanın, 907-ci düzəlişin ləğv olunmasıdır. Əlbəttə ki, cənab Prezident İlham Əliyevin Ağ Evdə mətbuata bəyanatla çıxışında dediyi kimi, Azərbaycanın hazırda heç bir xarici dəstəyə, xarici yardıma ehtiyacı yoxdur. Lakin bu rəmzi bir xarakter daşıyan düzəlişin ləğv olunması Prezident Tramp tərəfindən ölkəmizə qarşı siyasi bir jest oldu. İkinci önəmli hadisə Azərbaycan ilə ABŞ arasında Strateji tərəfdaşlıq mətninin hazırlanması üçün Strateji İşçi Qrupun yaradılmasına dair xartiyanın imzalanmasıdır. Bununla ölkələrimiz arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxır və Azərbaycan-ABŞ strateji tərəfdaşlığı artıq başlayır. Azərbaycan üçün bu, tarixi nailiyyətdir və cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin növbəti möhtəşəm nəticəsidir.”
Bu fikirləri aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov səsləndirib.
Daha sonra deputat avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyanatın əhəmiyyətindən bəhs edərək bunları deyib: “Əlbəttə ki, dövlət başçımızın Vaşiqtona işgüzar səfərinin tarixi əhəmiyyət kəsb edən nəticələri Azərbaycan və ABŞ Prezidentləri və Ermənistanın baş naziri tərəfindən Birgə Bəyannamənin imzalanması, eləcə də Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin Ağ Evdə paraflanması oldu. ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalanıb. Cənab Prezident İlham Əliyevin dediyi kimi, birgə müraciətin ünvanlanması 2020-ci ildən bəri Azərbaycan tərəfinin davamlı olaraq gündəlikdə tutduğu, sülh və normallaşma prosesi üçün ən ciddi əngəllərdən birinin aradan qaldırılması istiqamətində vacib addımdır. Həmçinin Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb. Bu məqsədlə Bəyannamədə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa, Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur. Birmənalı olaraq deyə bilərik ki, Birgə Bəyannamədə yer almış ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı bu təşkilata birgə müraciət barədə, həmçinin Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinin açılması barədə müddəalar Azərbaycan diplomatiyasının növbəti böyük qələbəsidir” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-08-2025
09-08-2025