Adəm İsmayıl Bakuvi: “Vaşinqtonda imzalanmış müqavilə, uzun illər boyu davam edən münaqişəyə son qoymaqla, regionda yeni dövrün başlanğıcının təməlini qoyur”
Tarix: 10-08-2025 | Saat: 16:04
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

“Ağ Evdə, ABŞ Prezident Donald Trampın iştirakı ilə Birgə Bəyannamənin imzalanması həm Azərbaycan, həm də Ermənistan üçün böyük inkişafdır. Bu hər iki ölkə üçün və bütün regionda davamlı sülhə yol açır. Bundan sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin tam hüquqlu normallaşması istiqamətində davamlı və fasiləsiz irəliləyişini təmin etmək üçün razılaşdırılmış addımların vaxtında həyata keçirilməsini təmin etmək vacib olacaq. Bu, bütövlükdə Avrasiya və digər ölkələr üçün də faydalıdır. Hər kəs bundan qazana bilər, çünki 35 ildən sonra həm Azərbaycan və Ermənistan arasında sülh imkanı yaranır. İndi bölgə əməkdaşlığa başlayır və bundan hamı faydalana bilər, çünki nəqliyyat marşrutları bu bölgədən keçir və keçəcək. Ona görə də beynəlxalq təşkilatlar və əksər ölkə Vaşinqton razılaşmasını dəstəkləyir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi deyib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanan sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış bəyanatın, iki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanmasının, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımdan çox böyük əhəmiyyətini qeyd edən partiya sədri, Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz əlaqənin yaradılmasına xidmət edəcək nəqliyyat bağlantısının bütün regionun çiçəklənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Politoloq bildirib ki, Azərbaycan və Ermənistan arasında 30 ildən artıq davam edən münaqişənin sonlandırılması istiqamətində 2025-ci ilin 8 avqust tarixində ABŞ-ın Vaşinqton şəhərində imzalanmış sülh müqaviləsi, Cənubi Qafqaz regionu üçün tarixi dönüş nöqtəsi olmaqla yanaşı, dünya diplomatiyasının mühüm nailiyyətlərindən biridir: “Bu müqavilənin əldə olunmasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin atdığı möhkəm siyasi əsaslar və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli diplomatik fəaliyyəti, siyasi uzaqgörənliyi və qlobal nüfuzu həlledici rol oynamışdır. Prezident İlham Əliyevin dövründə Azərbaycan öz siyasi və iqtisadi mövqeyini gücləndirərək, regionda lider ölkəyə çevrilmişdir. Xüsusilə 2020-ci ilin payızında Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində işğal altında olan geniş ərazilər azad edilmiş, ölkənin ərazi bütövlüyü bərpa olunmuşdur. Bu hərbi uğur, həm də İlham Əliyevin müdrik və çevik diplomatik fəaliyyəti ilə tamamlanmış, müxtəlif beynəlxalq səviyyələrdə Azərbaycanın haqq səsi layiqincə dinlənilmiş və dəstəklənmişdir. Azərbaycan Prezidenti İlham Əliyev ABŞ və digər beynəlxalq tərəfdaşların dəstəyi ilə aparılan danışıqlarda möhkəm mövqe nümayiş etdirərək, həm Azərbaycanın ərazi bütövlüyünün tanınmasını təmin etmiş, həm də sülhün bərqərar olması üçün zəruri olan bütün siyasi mexanizmlərin tətbiqinə nail olmuşdur. 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanmış müqavilə, uzun illər boyu davam edən münaqişəyə son qoymaqla, regionda yeni dövrün başlanğıcını təməlini qoyur. Bu müqavilə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü beynəlxalq səviyyədə rəsmiləşdirir, Ermənistan tərəfi isə Azərbaycanın sərhədlərini tanıdığını açıq şəkildə bəyan edir. Sərhədlərin delimitasiyası və demarkasiyası üçün zəruri addımların atılması, gələcəkdə hər hansı hərbi qarşıdurmanın qarşısının alınması üçün möhkəm hüquqi baza yaradır. Eyni zamanda, əsirlərin və girovların azad edilməsi, humanitar məsələlərin beynəlxalq hüquq çərçivəsində həll olunması ilə bölgədə sülh və etimad mühiti formalaşır. Bir sözlə, Azərbaycan Prezidentinin ABŞ-yə səfəri çərçivəsində Azərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmalar və Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində nəticələr tarixi əhəmiyyətə malikdir.”
Partiya sədri sonda Amerika Azərbaycan münasibətlərinə də fikir bildirərək qeyd etdi ki, bu gün Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Azərbaycan Prezidenti İlham Əliyevin Ağ Evdə Prezident Tramp tərəfindən yüksək səviyyədə qarşılanması, Ağ Evin rəmzi açarının cənab İlham Əliyevə verilməsi Azərbaycan Prezidentinə göstərilən xüsusi diqqətin təzahürüdür və bu səfəri ən yüksək səviyyədə Prezident İlham Əliyev dəyərləndirib: “Mən səfərin nəticələrini çox yüksək qiymətləndirirəm. İlk növbədə, Prezident Trampın dəvəti ilə Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-08-2025
09-08-2025