Azərbaycan qalibiyyət və sülh yolunda: Prezident İlham Əliyevin diplomatik zəfəri - Əziz Ələkbərli
Tarix: 09-08-2025 | Saat: 19:10
Bölmə:Manşet / Siyasət | çapa göndər

Əziz Ələkbərli,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Azərbaycanın uzun əsrlər boyu keçdiyi inkişaf yolunda heç vaxt bugünkü qədər güclü və yüksək səviyyəli dövlət statusuna çatması mümkün olmamışdır. Bu yüksəlişin səbəbi Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və müdrikliklə davam etdirilməsidir. İlham Əliyevin uzaqgörən liderliyi və dayanıqlı iradəsi Azərbaycanın yalnız regionda deyil, dünya səhnəsində də söz sahibi olan güclü bir dövlətə çevrilməsini təmin etmişdir. Onun rəhbərliyi altında həm hərb meydanında, həm də diplomatiya masasında qazanılmış möhtəşəm nailiyyətlər əldə edilib və bu nailiyyətlər milli maraqları təmin edən siyasətin dönməz sütunlarna çevrilib.
Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutan bu mühüm səfərində Azərbaycan ilə ABŞ arasında “Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanması iki ölkə arasında əməkdasşlığın yeni səviyyəyə yüksəlməsinin təsdiqidir. Bu sənəd iki ölkə arasında enerji, enerji-tranzit, neft sənayesi, süni intellekt və rəqəmsal iqtisadiyyat kimi sahələr üzrə strateji inkişaf üçün geniş perspektivlər açır. Cənab İlham Əliyevin vurğuladığı kimi, bu strategiya Azərbaycanın iqtisadiyyatının müasirləşdirilməsi, innovativ texnologiyaların ölkəyə gətirilməsi və dayanıqlı inkişafının təmin edilməsi üçün zəmin yaradır. Sənədin imzalanması regionda güclü iqtisadi dinamikanın formalaşdırılmasına və Azərbaycan-ABŞ münasibətlərinin yeni səviyyəyə yüksəlməsinə səbəb olacaqdır.
Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda imzaladığı yeddi maddədən ibarət bəyannamə regionda yeni siyasi proseslərin bir mərhələsidir. Bu sənəd yalnız iki ölkə arasında sülh prosesinin inkişafını deyil, bütün Cənubi Qafqazın inkişafına dair tarixi sənəd olacaqdır. Ağ Evdə baş tutan görüş və orada imzalanan sənəd, dərin mənada, regionda uzun müddətdir gözlənilən sabitlik və əməkdaşlıq dövrünün başlanğıcını simvollaşdıracaq.
ABŞ Prezidenti Donald Trampın Azərbaycan-Ermənistan münasibətlərində Prezident İlham Əliyevin dövlət siyasətinə göstərdiyi dəstək dövlət idarəçiliyinin qlobal strategiya əsasında qurulmasında uzaqgörənliyin, ardıcıl və səbatlı siyasətin qəbul edilməsinə parlaq nümunədir. İlham Əliyev artıq dünya siyasətində güclü lider kimi deyil, həm də sabitlik, sülh və tərəqqi naminə çalışan strateq kimi tanınır. O, iyulun 19-da Xankəndində III Şuşa Qlobal Media Forumunda bildirib ki, ABŞ Prezidenti Donald Tramp, beynəlxalq təhlükəsizlik sahəsində qlobal problemlərə baxmayaraq, Cənubi Qafqazda sülhün bərqərar edilməsinə xüsusi diqqət ayırır və Azərbaycanla Ermənistan arasında sülhə dəstəyin regionda gələcək proses üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır.
İyul ayında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə görüşdə Prezident İlham Əliyevin bəyanatı, konkret müddəalarla çıxış etməsi və qətiyyəti diplomatik ustalığının canlı nümunəsi kimi yadda qaldı. Ermənistan Baş naziri Nikol Paşinyanla təkbətək görüş, illərlə davam edən vasitəçilik təşəbbüslərindən fərqli, konkret nəticəyə yönəlmiş addım oldu. Bu görüş Azərbaycan liderinin prinsipial siyasətinin və dialoq aparmaqda göstərdiyi iradənin sarsılmazlığını göstərdi və Vaşinqton danışıqları məhz bu prosesin daha da gücləndirilməsinə xidmət edir.
Daha bir mühüm məsələ illərlə heç bir fəaliyyət göstərməyən, əslində isə Fransa və Rusiyanın maraqlarına xidmət edən ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılmasıdır. Azərbaycanın iqtisadi strategiyası, Minsk qrupunun ermənipərəst fəaliyyətinə qarşı qətiyyətli mübarizəsi regionda tarazlığın və ədalətin təmin edilməsinə xidmət edir. Bu qrupun ləğv edilməsi Azərbaycanın haqqının beynəlxalq müstəvidə qorunmasının təsdiqidir.
Azərbaycanın sülh müqaviləsinə gedən yolda irəli sürdüyü iki əsas plan – Minsk qrupunun fəaliyyətinin dayandırılması və Ermənistanın Konstitusiyasından torpaq iddialarının çıxarılması – dövlətimizin milli maraqlarına sadiqliyinin əyani nümunəsidir Bu razılaşma olmadan sülh real və mümkün ola bilməz.
Bundan əlavə, sülh müqaviləsindən sonra Azərbaycanın ən strateji hədəflərindən biri olan Zəngəzur dəhlizinin açılması mühüm prioritet kimi qalır. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, bu dəhlizin reallaşması yalnız ticarət və tranzit imkanlarını artırmayacaq, həm də Azərbaycanın bölgədə geosiyasi vəziyyətini daha da gücləndirəcək. Xüsusilə, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlı yeni enerji dəhlizinin yaradılması Azərbaycanın tranzit ölkə kimi mövqeyinin və regional iqtisadi inkişafın yüksəlişində, Azərbaycanın Naxçıvana bağlı əsas nəqliyyat hissəsinin birləşməsində və milli birliyimizin güclənməsində həlledici addım olacaq.
Bu səfərin tarixi nailiyyətlərindən biri də ABŞ Prezidenti Donald Trampın “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə qərarı imzalamasıdır. Bu addım Azərbaycan-ABŞ arasdında uzun illər ərzində mövcud olan etimadsızlıq mühitinin və qeyri-bərabərliyin və ölkəmizə qarşı ədalətsiz yanaşmanın sona çatmasının göstəricisidir. 1992-ci ildən bəri qüvvədə olan bu məhdudlaşdırıcı və Azərbaycana qarşı aşağılayıcı aktın aradan qaldırılması Prezident İlham Əliyevin qətiyyətli və müdrik diplomatik fəaliyyətinin, milli maraqlarımızın qorunmasında uğurlu mübarizəsinin ən parlaq nümunəsidir. Bu addım Azərbaycan diplomatiyasının tarixi zəfəri olaraq, beynəlxalq münasibətlərdə fəaliyyətin gücləndirilməsinə böyük töhfə verir.
Əlbəttə ki, hadisələrin mərkəzində Prezident İlham Əliyevin prinsipial, iradəli və uzaqgörən siyasəti dayanır. O, təkcə müharibədə deyil, diplomatiyada da qalib gələn lider kimi tarixin yaddaşına əbədi həkk olunacaq. Bununla da Azərbaycan artıq prosesləri idarə edən, müəyyənləşdirən və yönləndirən güclü bir dövlət kimi özünü dünya arenasında təsdiq etmiş oldu.
Bu nəhəng uğurun arxasında dərin strateji düşüncə, əvəzsiz liderlik qabiliyyəti və xalqa qarşı sonsuz bağlılıq dayanır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan daim yüksələcək, dünya dövlətləri arasında öz layiqli yerini tutacaq və gələcək nəsillərə güclü, suveren və inkişaf etmiş dövlət miras qalacaqdır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-08-2025