Radikal müxalifətin tənqidi ritorikası emosional və spekulyativ xarakterli demaqogiyadır
Tarix: 03-04-2023 | Saat: 13:55
Bölmə:Özəl | çapa göndər
Bu gün Azərbaycanda radikal müxalifətin necə kifləndiyini, təmsilçilərinin necə “köhnəldiyini” elə öz içlərindən etiraf edirlər. İqtidardan bu barədə onlara çox deyilmişdir, amma siyasi mübarizədən gözləri doymur deyə qəbul etmək istəmirdilər. Artıq iş o yerə çatıb ki, müxalifətin qocaldığını da özləri dəfələrlə bir-birlərinə deyirlər. Hətta bununla bağlə elə özləri geniş məqalələrlə çıxış edir, sosial mediada debatlar edirlər. Radikla müxalifət buna görə də nə öz aralarında, nə də qarşı tərəflə siyasi dialoqa gələ bilmir. Onlar hələ də anlamaq istəmirlər ki, demokratiyaya gedən yol siyasi dialoqdan keçir. Azərbaycan dövləti də onlara bunu təşəbbüsü edib. Bu baxımdan Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı diqqət çəkir: “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz.
Radikalların qərəzli siyasi ritorikası məhz iqtidar tərəfindən ötən müddət ərzində əldə olunmuş uğurlarının gözdən salınmasına fokuslanıb. Bu cür ritorika sağlam əməkdaşlığa çağırmır, əksinə cəmiyyətin parçalanmasına xidmət edir. Odur ki, iqtidarın dialoqla bağlı açıq mesajlarına radikallar yalnız yeni təxribatlarla cavab verir. Belələrin yeganə çıxış yolu isə ancaq küçə etirazlarıdır. Bu cür yanaşma isə rasional, xüsusilə də peşəkar və demokratik sayıla bilməz. Rasional və demokratik müxalifətçilik dialoqsuz mümkün deyil. Açıq müzakirələr tələb edən dialoq mühiti cəmiyyətdə mövcud potensialının səfərbər olunmasına xidmət edir.Siyasi dialoqla bağlı olan təşəbbüsləri inkar edən və bu proseslərdə iştirak etməkdən boyun qaçan qüvvələr öz radikal və xain mövqelərini nümayiş etdirmiş olurlar.Siyasi partiyaların güclənməsinə və ölkənin siyasi sistemində rolunun artırılmasına xidmət edən yeni Qanuna qarşı sərt və qərəzli şəkildə çıxış edən qüvvələr özlərini ifşa etdilər. Bu cür partiyalar açıq rəqabətə hazır deyillər və onlar müxalifətçiliyə dair öz inhisarçılığını itirmək qorxusunu yaşayırlar.
Azərbaycanda radikal müxalifət ünsürləri xaricdə ermənipərəst dairələrdən aldıqları tapşırıq əsasında ölkəmizə qarşı çirkin kampaniyaya başlayıblar. Beləki, son günlər radikal müxalifətin anti-Azərbaycan təbliğatında ordumuzun sərhəddə erməni təxribatına layiqli cavab verməsi müxtəlif manipulyasiyalara məruz qalır. Xaricdəki havadarlarının tapşırıqları əsasında radikal müxalifət ünsürləri ölkəmizə qarşı çirkin kampaniyaya başlayaraq, az qala erməni təxribatlarının günahını Azərbaycanın üzərinə atmağa çalışırlar. Əslində üzdəniraq müxalifətin siyasi təbliğatında və davranışında erməni faktorundan faydalanmaq taktikası yeni deyil. Radikallar hər zaman erməni dəyirmanına su töküb, ermənipərəst dairələrdən, erməni lobbisindən pul alaraq Ermənistanın təbliğatçısı rolunda çıxış ediblər. Radikal müxalifətin tənqidi ritorikası emosional və spekulyativ xarakterli demaqogiyadır. Müxalifətin emosional və əsassız ritorikasının təyinatı ölkəmizdə yeni təxribat xarakterli situasiyalarının yaradılmasından ibarətdir. Rasionallıq və konkretlikdən uzaq olan demaqogiyanın strateji hədəfi əldə olunmuş uğurlara “kölgə” salmaqdan ibarətdir.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024