Mobil versiya
Bəzi balıq növlərini sağlamlıq üçün təhlükəli olduğu aşkarlanıb
Tarix: 03-04-2023 | Saat: 12:16
Bölmə:Özəl | çapa göndər

Bəzi balıq növlərini sağlamlıq üçün təhlükəli olduğu aşkarlanıb

A.Novikova: tilapiya və panqasiusun tərkibində tullantı toksinləri və ağır metallar ola bilər

Bəzi balıq növlərini yemək ağır metal zəhərlənməsi ilə nəticələnə bilər. Aprelin 3-də dietoloq, Beynəlxalq İnteqrativ Qidalanma İnstitutunun eksperti Aleksandra Novikova Prime agentliyinə müsahibəsində bu barədə xəbərdarlıq edib. Ekspert ilk növbədə balığın ölçüsünə diqqət etməyi məsləhət görüb: “Balığın ölçüsü nə qədər böyükdürsə, onun orqanizmi civə, qurğuşun, arsen, kadmium kimi metalları bir o qədər çox özündə toplaya bilir. Bu, xüsusilə yırtıcı balıqlar üçün özünü doğruldur. Məsələn, uzunüzgəcli tuna, marlin, kral skumbriyası, köpək balığı və qılınc balığı rekord miqdarda civə tərkibi ilə xarakterizə olunurlar.”

Həmçinin Novikova qeyd edib ki, balığın yaşadığı ətraf mühit də eyni dərəcədə vacibdir. Ekspertin rəyinə görə, çirkli sularda yaşayan tilapiya və panqasius üzvi tullantılarla qidalandıqları üçün, belə balıqları dadmağa hazırlaşanlar metal və toksinlərlə zəhərlənmə riskinin yüksək olduğunu nəzərə almalıdırlar. Ümumiyyətlə isə, dietoloq qida rasionuna daxil etmək üçün orta ölçülü və çəkisi 3 kq-a qədər olan balıqları seçməyi tövsiyə edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024