Mobil versiya
Xəzər rayonunda "Gənclər həftəsi" çərçivəsində könüllülər arasında stolüstü tennis üzrə turnir keçirilib. -Fotolar
Tarix: 29-01-2023 | Saat: 11:43
Bölmə:İdman | çapa göndər

Xəzər rayonunda "Gənclər həftəsi" çərçivəsində könüllülər arasında stolüstü tennis üzrə turnir keçirilib.

Yanvarın 28-də Xəzər Rayon Gənclər və İdman İdarəsi və "Xəzər Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş rayon könüllüləri arasında tennis idman növü üzrə turnir təşkil olunub.

aia.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən turnirdə könüllülərimiz aktivlik göstəriblər. Turnirin keçirilməsində əsas məqsəd tennis idman növünün inkişaf etdirilməsi və gənclərin asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir.

Qaliblər Xəzər rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi Elçin Bəşirovun iştirakı ilə mükafatlandırılıblar. Təbrik edirik!



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024