Ana Sayfa > İdman > Xəzər rayonunda "Gənclər həftəsi" çərçivəsində könüllülər arasında stolüstü tennis üzrə turnir keçirilib.
Xəzər rayonunda "Gənclər həftəsi" çərçivəsində könüllülər arasında stolüstü tennis üzrə turnir keçirilib.29-01-2023, 11:43. Yazar: sevinc1 |
Yanvarın 28-də Xəzər Rayon Gənclər və İdman İdarəsi və "Xəzər Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş rayon könüllüləri arasında tennis idman növü üzrə turnir təşkil olunub. aia.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən turnirdə könüllülərimiz aktivlik göstəriblər. Turnirin keçirilməsində əsas məqsəd tennis idman növünün inkişaf etdirilməsi və gənclərin asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir. Qaliblər Xəzər rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi Elçin Bəşirovun iştirakı ilə mükafatlandırılıblar. Təbrik edirik! Geri dön |