Mobil versiya
Putinin valideynlərinin məzarına məktub qoyan qadına cinayət işi açıldı
Tarix: 12-10-2022 | Saat: 09:45
Bölmə:Dünya | çapa göndər

Putinin valideynlərinin məzarına məktub qoyan qadına cinayət işi açıldı

Rusiya prezidenti Vladimir Putinin valideynlərinin məzarı üzərinə məktub qoyan 60 yaşlı Sankt-Peterburq sakini İrina Tsıbanevaya qarşı cinayət işi açılıb.

aia.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Bildirilir ki,Primorski Rayon Məhkəməsi 60 yaşlı İrina Tsıbanevanın həbs müddətini 72 saat uzadıb. Onun əməli siyasi nifrət yaratmaqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 244-cü maddəsinin 2-ci hissəsinin “b” bəndi -red.), dəfn yerlərini təhqir etməkdə şübhəli bilinir.

Məlumata görə, oktyabrın 6-da bir qadın Serafimovski qəbiristanlığında prezidentin valideynlərinin məzarı üzərinə təhqiramiz məzmunlu qeydlər qoyub. Hüquq-mühafizə orqanları bunu "cəmiyyətdə qəbul edilmiş normalara zidd olan kinli, əxlaqsız hərəkətlər" kimi qiymətləndiriblər.

Qeyd edək ki, Putinin valideynləri Vladimir Spiridonoviç Putin və Mariya İvanovna Putinanın (Şelomova) məzarları Sankt-Peterburqdakı Serafimovski qəbiristanlığında yerləşir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024