Komitələrin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi ilə bağlı müzakirələr aparılıb -Fotolar
Tarix: 13-11-2026 | Saat: 17:57
Bölmə:Gündəm / Parlament | çapa göndər

Noyabrın 13-də Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda təqdim edilib.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclisin sədr müavini Musa Qasımlı iclası açaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən təqdim edilmiş 2027-ci ilin dövlət büdcəsi layihəsinin mükəmməl hazırlandığını vurğulayıb. O qeyd edib ki, sənədin əsas məqsədi ölkəmizdə sabit, davamlı inkişafı təmin edərək dövlətimizin qüdrətini daha da möhkəmləndirmək və xalqımızın rifah halını daha da yaxşılaşdırmaqdır.
Bildirilib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, dövlət büdcəsi hesabına davamlı şəkildə tikinti-quruculuq işlərinin aparılması, qısa müddətdə təxminən 100 min nəfərədək keçmiş məcburi köçkünün öz yurdlarına köçürülməsi, infrastrukturun yenilənməsi, yeni iş yerlərinin açılması dövlətimizin maliyyə-iqtisadi siyasətinin düzgün qurulduğunu, onun bütün amillər nəzərə alınaraq proqnozlaşdırıldığını və sistemli şəkildə həyata keçirildiyini göstərir.
Nəzərə çatdırılıb ki, layihədə milli təhlükəsizliyin, müdafiənin və sabitliyin etibarlı qorunması, sosial-iqtisadi inkişafın davamlılığının təmin edilməsi ilə bağlı məsələlər ehtiva edilib. Eyni zamanda, kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ailə, qadın və uşaqların müdafiəsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi tədqiqatların, innovasiyaların və rəqəmsal texnologiyaların dəstəklənməsi xüsusi yer tutur.
Vitse-spiker qeyd edib ki, növbəti ildə kənd təsərrüfatına ayrılması nəzərdə tutulan vəsait ərzaq təhlükəsizliyinin təmin edilməsinə, aqrar istehsalın və fermer təsərrüfatlarının inkişafına, kənd təsərrüfatına dövlət dəstəyinin davam etdirilməsinə, məhsuldarlığın artırılmasına, meliorasiya və digər sahələrə yönəldiləcək.
Bildirilib ki, layihədə təhsil xərclərinə ayrılacaq vəsait ümumi təhsilin keyfiyyətinin yüksəldilməsinə, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsinə, ali təhsilin inkişafına və elmi tədqiqatlarla inteqrasiyasına, peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasına, rəqəmsal təhsilə, müasir texnologiyaların tətbiqinə və təhsil infrastrukturunun inkişaf etdirilməsinə sərf ediləcək. Həmçinin ölkəmizin elmi potensialının gücləndirilməsi üçün bu sahəyə ayrılması proqnozlaşdırılan vəsaitin elmi tədqiqatların və innovasiyaların dəstəklənməsinə, rəqəmsal inkişafın sürətləndirilməsinə, süni intellektin və innovativ texnologiyaların tətbiqinə yönəldiləcəyi söylənilib.
Diqqətə çatdırılıb ki, sənəddə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətinə ayrılacaq vəsaitin isə məişət zorakılığına məruz qalmış şəxslərin dəstəklənməsi, insan alverinin qurbanlarına yardım göstərilməsi, erkən nikah hallarının qarşısının alınması, sağlamlıq imkanları məhdud olan uşaqlarla sosial və psixoloji işin təşkili üçün xərclənməsi planlaşdırılır.
Vitse-spiker çıxışında vurğulayıb ki, 2027-ci ilin dövlət büdcəsi layihəsinin qəbulu ölkəmizin iqtisadi, sosial və müdafiə qüdrətini daha da artıracaq, bütün sahələrdə davamlı inkişafı təmin edəcək, qarşıya qoyulan strateji hədəflərin uğurla icrasına zəmin yaradacaq.
Sonra iclasda maliyyə nazirinin müavini Himalay Məmişov 2027-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı məlumatı təqdim edib.
Növbəti ilin əsas makroiqtisadi göstəriciləri barədə danışan nazir müavini bildirib ki, Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 141 milyard manat, qeyri-neft-qaz sektoru üzrə ÜDM isə 109,1 milyard manat həcmində planlaşdırılır. Xam neftin 1 barelinin orta illik qiyməti 65 ABŞ dolları səviyyəsində müəyyən edilib. Orta illik inflyasiya 5,3% həcmində, manatın məzənnəsi 1,7 manat həcmində nəzərdə tutulur. Dövlət Neft Fondundan transfertin 7 milyard ABŞ dolları həcmində olacağı gözlənilir.
Sonra 2027-ci ilin dövlət və icmal büdcələrinin bəzi xarakterik xüsusiyyətləri ilə bağlı məqamlar diqqətə çatdırılıb. Qeyd edilib ki, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi 17,1% həcmində olacaq. Cari xərclərin 90,1%-i qeyri-neft gəlirləri hesabına qarşılanacaq. İcmal büdcədə qeyri-neft gəlirlərinin payı 64,5%-ə çatacaq.
Növbəti ilin xərclərinin sosial-iqtisadi ehtiyaclara uyğun tərtib olunduğu söylənilib. Belə ki, icmal büdcə xərcləri qeyri-neft ÜDM-in 46,2%-nə bərabər olacaq, dövlət büdcəsində əsaslı xərclərin payı 32,5%-ə çatacaq. Təhsil və səhiyyə xərcləri ÜDM-in müvafiq olaraq 3,6%-i və 1,5%-i həcmində olacaq. Aqrar sektora ayırmalar aqrar ÜDM-in 15,8%-nə bərabər olacaq.
Nazir müavini növbəti il üçün dövlət və icmal büdcənin gəlirləri barədə məlumatında nəzərə çatdırıb ki, icmal büdcənin gəlirləri 47,6 milyard manat, icmal büdcənin gəlirlərinin ÜDM-də payı 33,8%, icmal büdcədə qeyri-neft gəlirlərinin payı 64,5% təşkil edəcək. Bildirilib ki, dövlət büdcəsinin gəlirləri 39,3 milyard manata, dövlət büdcəsi gəlirlərinin ÜDM-də payı isə 27,8%-ə bərabər olacaq. Dövlət büdcəsi gəlirlərinin strukturunda qeyri-neft sektoru üzrə daxilolmalar ümumi gəlirlərin 60,6%-i və ya 23,8 milyard həcmində proqnozlaşdırılır. Neft-qaz sektorundan daxilolmalar isə ümumi gəlirlərin 39,4%-ni təşkil etməklə 15,5 milyard manat həcmində olacaq.
2027-ci ilin dövlət və icmal büdcələrinin xərcləri barədə bildirilib ki, icmal büdcənin xərcləri 50,4 milyard manata, icmal büdcə xərclərinin ÜDM-də payı 35,7%-ə bərabər olacaq. Dövlət büdcəsinin xərcləri isə 42,4 milyard manata, dövlət büdcəsi xərclərinin ÜDM-də payı 30,1%-ə, qeyri-neft ÜDM-də payı isə 38,9%-ə bərabər olacaq. Dövlət büdcəsi xərclərinin 26,4 milyard manatı və ya 62,3%-i cari xərclərin, 13,8 milyard manatı və ya 32,5%-i əsaslı xərclərin payına düşür.
Bununla yanaşı, diqqətə çatdırılıb ki, kənd təsərrüfatı xərclərinə növbəti il üçün 1,4 milyard manat və ya büdcə xərclərinin 3,3%-i həcmində vəsait sərf olunacaq. Bu xərclərin tərkibində subsidiyaların maliyyələşdirilməsinə, meliorasiya tədbirləri üzrə xərclərin qarşılanmasına, digər kənd təsərrüfatı tədbirlərinin maliyyələşdirilməsi üçün müvafiq ayırmalar təsbit edilib. Təhsil və elm sahələrinə 5,4 milyard manat və ya büdcə xərclərinin 12,6%-i həcmində vəsait ayrılacaq. Təhsil və elm xərclərinin ÜDM-də çəkisi 3,8%-ə bərabər olacaq. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin xərcləri üçün növbəti il ərzində 4,7 milyon manat vəsait sərf olunacaq. Bu xərclər məişət zorakılığına, insan alverinə, erkən nikaha məruz qalmış şəxslər, sağlamlıq imkanları məhdud olan uşaqlar və onların ailə üzvləri ilə sosial-psixoloji və psixopedaqoji işin təşkili və digər tədbirlərin maliyyə təminatı kimi nəzərdə tutulur.
Növbəti il üçün dövlət büdcəsi kəsirinin 3,1 milyard manat, icmal büdcənin kəsirinin isə 2,8 milyard manat həcmində proqnozlaşdırıldığı, kəsirin Ümumi Daxili Məhsula nisbətinin müvafiq olaraq 2,2% və 2% həcmində olacağı qeyd edilib.
Həmçinin bildirilib ki, icmal büdcənin gəlirləri 47,6 milyard manat olacaq, gəlirlərin 30,7 milyard manatı və ya 64,5%-i qeyri-neft sektoru üzrə, 16,9 milyard manatı və ya 35,5%-i isə neft-qaz sektoru üzrə gəlirlərin payına düşəcək. İcmal büdcənin xərcləri növbəti il üçün 50,4 milyard manat nəzərdə tutulub.
Sonra tədbirdə iqtisadiyyat nazirinin müavini Azər Bayramov çıxış edib. O bildirib ki, dayanıqlı iqtisadi artımın təmin olunması, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər nəticəsində növbəti illər üzrə də makroiqtisadi proqnozlarda artım öz əksini tapıb. 2027-ci ildə gözlənilən artım 2,7% təşkil edəcək. Orta müddətli dövrdə - 2027-2030-cu illərdə bu artımın 3,3%, o cümlədən qeyri-neft sektoru üzrə 4,4% olacağı proqnozlaşdırılır. Həmçinin qeyri-neft sənayesi üzrə 7%, informasiya və rabitə sektorunda 11%, turizm sahəsində 8%-dən yuxarı, nəqliyyat sektorunda 5%-dən yuxarı iqtisadi artım gözlənilir. Qeyd edilib ki, tətbiqinə başlanılacaq yeni alətlər sahibkarların maliyyə və əməliyyat xərclərinin azalmasına, istehsalı və ixracı genişləndirməyə yönəlib və regionlarda, o cümlədən kənd təsərrüfatında fəaliyyət göstərən sahibkarlar üçün xüsusi əhəmiyyət daşıyır. Sahibkarlığa dövlət dəstəyinin işğaldan azad edilmiş ərazilərimizdə önəmini nəzərə alaraq, bu ərazilərdə özəl sektorun inkişafı üçün geniş güzəştlərin və azadolmaların tətbiq olunduğu söylənilib.
Nazir müavini aqrar sektora dövlət tərəfindən davamlı dəstəyin göstərildiyini deyərək, bu baxımdan vergi, o cümlədən əlavə dəyər vergisi üzrə güzəştlərin, subsidiyaların, aqrar sığorta və güzəştli kreditlərin vacibliyindən danışıb. Qeyd edilib ki, bu ilin may ayında təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi, məhsuldarlığın, emalın və dəyər zəncirinin inkişafını nəzərdə tutur.
Bildirilib ki, dayanıqlı artım ixtisaslı kadrlara, rəqəmsal bacarıqlara və elmi potensialın iqtisadi dəyərə çevrilməsinə əsaslanır. Təhsil müəssisələri, elm təşkilatları və sahibkarlar arasında əməkdaşlıq ölkənin uzunmüddətli rəqabət qabiliyyətinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Ali təhsil üzrə dövlət sifarişi insan kapitalına büdcə investisiyalarının əsas alətlərindən biridir.
Nazir müavini vurğulayıb ki, iqtisadi artımın yaratdığı imkanların cəmiyyətin bütün təbəqələri üçün əlçatan olması dayanıqlı inkişafın mühüm şərtlərindən biridir. Qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması məşğulluğun artırılmasında mühüm amildir. Gender bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planında qadınların sosial-iqtisadi fəallığının artırılması prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.
O qeyd edib ki, növbəti ildə və orta müddətli dövrdə iqtisadi siyasətin məqsədi özəl investisiya və ixraca söykənən inklüziv və dayanıqlı artımdır. O, aqrar sektorda məhsuldarlığın və emalın artırılmasının, elmi potensialın iqtisadi dəyərə çevrilməsinin, qadınların iqtisadi fəallığının genişləndirilməsinin bu məqsədlərin mühüm tərkib hissəsi olduğunu deyib.
Sonra iclasda Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair Palatanın rəyini təqdim edib. O bildirib ki, dövlət maliyyəsinin idarəetməsinin təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə uyğunluğun təmin olunması, dövlət büdcəsinin gəlir və xərclərinin düzgün uçotunun aparılması istiqamətlərində Hesablama Palatasının əvvəlki rəylərində qeyd edilmiş əksər məsələlər təqdim olunmuş büdcə zərfində tam və ya qismən nəzərə alınıb.
Diqqətə çatdırılıb ki, dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədlər "Büdcə sistemi haqqında" Qanunla müəyyən edilmiş tələblərə uyğundur. Hesablama Palatası qanun layihəsində əks etdirilmiş məbləğlərin əsasən düzgün olduğu, bəzi məbləğlərin isə dəqiqləşdirilməli olduğu qənaətindədir.
Qeyd olunub ki, ilk dəfə olaraq izahatda ortamüddətli xərclər çərçivəsi islahatlarına cəlb edilmiş sektorlar üzrə 2027-ci il üzrə nəzərdə tutulan proqramların sayı və həmin proqramların həyata keçirilməsi üçün nəzərdə tutulan vəsaitin həcmi haqqında məlumat təqdim edilib. Təhsil sektorunda 11 proqramın, sosial müdafiə, sosial təminat sektorunda 9 proqramın, kənd təsərrüfatı sektorunda 8 proqramın həyata keçirilməsi üçün müvafiq vəsaitlərin ayrılması nəzərdə tutulub. Sənəddə, həmçinin sektorlar üzrə müəyyən edilmiş strateji hədəflərin "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"lə və həmin prioritetlərin reallaşdırılması üçün Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyasının layihəsində təsbit edilmiş hədəflərlə əlaqələndirildiyi və ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasının nəzərə alındığı vurğulanır.
Palatanın sədr müavini 2027-ci ilin dövlət büdcəsinin layihəsi üzrə təqdim olunan sənədlərdə bəzi yeniliklərin tətbiq edildiyini, son illər ərzində məlumatlılığın yüksəldilməsi istiqamətində müəyyən addımların atıldığını deyib. O, qeyd edib ki, növbəti ildə iqtisadi artım və inflyasiya gözləntiləri, vergi inzibatçılığının və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə qanunvericiliyə təklif olunan dəyişikliklər hesabına əlavə gəlir potensialının formalaşması daxilolmaların proqnozunun cari ilin göstəricisini əhəmiyyətli dərəcədə üstələməsi ilə gözlənilir. O, Hesablama Palatasının rəyində öz əksini tapmış tövsiyələrlə bağlı təklifləri də nəzərə çatdırıb.
İclasda elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov çıxış ediblər.
Çıxışlar zamanı ölkəmizdə həyata keçirilən təhsil siyasətinə dair slaydlarla müşayiət olunan təqdimat nümayiş etdirilib. Təhsil sahəsinə ayrılan vəsaitlərin artırılmasının, müəllimlərin sertifikatlaşdırılması və əməkhaqlarının stimullaşdırılması, ali təhsilin əlçatanlığının genişləndirilməsi, eləcə də məktəbəqədər təhsilin inkişafının əhəmiyyəti qeyd olunub. Bununla yanaşı, kənd rayonlarında müəllim çatışmazlığının aradan qaldırılması, gənc pedaqoqların bölgələrə cəlb edilməsi, təhsil tələbə kreditlərinin daha əlçatan olması və məktəb infrastrukturunun yaxşılaşdırılması ilə bağlı təkliflər səsləndirilib.
Bildirilib ki, 2027-ci ilin dövlət büdcəsində ailələrin sosial müdafiəsinin gücləndirilməsi, qadın və uşaqların hüquqlarının qorunması, həssas əhali qruplarına dəstək və uşaqlara göstərilən sosial xidmətlərin genişləndirilməsi məsələləri diqqət mərkəzində saxlanılıb. Vurğulanıb ki, uşağın doğulmasına görə birdəfəlik və 3 yaşınadək uşaqlara qulluğa görə aylıq sosial müavinətlərin artırılması bu istiqamətdə atılan mühüm addımlardandır.
Bununla belə, fermerlərin bazara çıxış imkanlarının genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının tədarükü, emalı və saxlanılması sisteminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi və dövlət dəstəyinin artırılmasının vacibliyi vurğulanıb. Ümumilikdə, ailə, qadın və uşaq məsələləri, elm və təhsil, eləcə də kənd təsərrüfatı sahələrinin inkişafına yönələn büdcə prioritetləri müsbət qiymətləndirilib və 2027-ci ilin dövlət büdcəsi layihəsi dəstəklənib.
Müzakirələrdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev, deputatlar Bəxtiyar Əliyev, Elnarə Akimova, Vüqar İskəndərov, Ceyhun Məmmədov, Vasif Qafarov, Mehriban Vəliyeva, Müşfiq Məmmədli, Elçin Mirzəbəyli, Şahin Seyidzadə, Əziz Ələkbərli çıxış edərək məsələ ilə bağlı fikirlərini bildiriblər, bəzi qeydlərini və suallarını səsləndiriblər.
Maliyyə nazirinin müavini Himalay Məmişov, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova çıxışlarda qaldırılan məsələlərə aydınlıq gətiriblər.
Sonda “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.
İclasda Milli Məclisin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, deputatlar Novruzəli Aslanov, Azər Badamov, Aydın Hüseynov, Ağalar Vəliyev, Günay Ağamalı, Ülviyyə Ağayeva, Tamam Cəfərova, Səbinə Xasayeva, Pərvin Kərimzadə, İlham Məmmədov, Könül Nurullayeva, Afət Həsənova, Rəşad Mahmudov, Fatma Yıldırım, Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov, kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Dövlət Gömrük Komitəsinin baş idarə rəisi Faiq Orucov, Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov, Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov və digər rəsmi şəxslər iştirak ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-11-2026