Ana Sayfa > Dünya > Putinin valideynlərinin məzarına məktub qoyan qadına cinayət işi açıldı
Putinin valideynlərinin məzarına məktub qoyan qadına cinayət işi açıldı12-10-2022, 09:45. Yazar: sevinc1 |
Rusiya prezidenti Vladimir Putinin valideynlərinin məzarı üzərinə məktub qoyan 60 yaşlı Sankt-Peterburq sakini İrina Tsıbanevaya qarşı cinayət işi açılıb. aia.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Bildirilir ki,Primorski Rayon Məhkəməsi 60 yaşlı İrina Tsıbanevanın həbs müddətini 72 saat uzadıb. Onun əməli siyasi nifrət yaratmaqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 244-cü maddəsinin 2-ci hissəsinin “b” bəndi -red.), dəfn yerlərini təhqir etməkdə şübhəli bilinir. Məlumata görə, oktyabrın 6-da bir qadın Serafimovski qəbiristanlığında prezidentin valideynlərinin məzarı üzərinə təhqiramiz məzmunlu qeydlər qoyub. Hüquq-mühafizə orqanları bunu "cəmiyyətdə qəbul edilmiş normalara zidd olan kinli, əxlaqsız hərəkətlər" kimi qiymətləndiriblər. Qeyd edək ki, Putinin valideynləri Vladimir Spiridonoviç Putin və Mariya İvanovna Putinanın (Şelomova) məzarları Sankt-Peterburqdakı Serafimovski qəbiristanlığında yerləşir. aia.az Geri dön |