Mobil versiya
Nazir: "Son bir həftədə Türkiyədə narkotik satan 5 700 nəfər saxlanılıb"
Tarix: 20-09-2022 | Saat: 10:52
Bölmə:Dünya | çapa göndər

Nazir:

"Türkiyədə narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı son bir həftə ərzində keçirilən əməliyyatlar nəticəsində 5 min 700 nəfər şübhəli şəxs qismində saxlanılıb".

aia.az "TRTHaber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, son beş ayda təkcə Bursada keçirilən əməliyyatlarda 132 nəfər tutulub: "Sentyabrın 19-da 600 kq narkotik maddə ələ keçirilib. 2-si İtaliya, 3-ü Türkiyə vətəndaşı olmaqla 5 nəfər saxlanılıb. Ötən gün Hatayda narkotik tərkibli yarım milyon həb ələ keçirilib. Gənclərimizin zəhərlənməsinə imkan verməyəcəyik".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024