Ana Sayfa > Dünya > Nazir:

Nazir:


20-09-2022, 10:52. Yazar: sevinc1
Nazir:

"Türkiyədə narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı son bir həftə ərzində keçirilən əməliyyatlar nəticəsində 5 min 700 nəfər şübhəli şəxs qismində saxlanılıb".

aia.az "TRTHaber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, son beş ayda təkcə Bursada keçirilən əməliyyatlarda 132 nəfər tutulub: "Sentyabrın 19-da 600 kq narkotik maddə ələ keçirilib. 2-si İtaliya, 3-ü Türkiyə vətəndaşı olmaqla 5 nəfər saxlanılıb. Ötən gün Hatayda narkotik tərkibli yarım milyon həb ələ keçirilib. Gənclərimizin zəhərlənməsinə imkan verməyəcəyik".

aia.az
Geri dön