Mobil versiya
Tramp prezidentliyə namizədliyi haqqında: “Bəzi insanlar məmnun olmayacaqlar”
Tarix: 08-09-2022 | Saat: 13:03
Bölmə:Karusel / Dünya | çapa göndər

Tramp prezidentliyə namizədliyi haqqında: “Bəzi insanlar məmnun olmayacaqlar”

ABŞ-ın keçmiş lideri Donald Tramp 2024-cü il prezident seçkisində iştirak edib-etməyəcəyi ilə bağlı yaxın günlərdə qərar verəcəyini bildirib.

“Hamı istəyir ki, mən (ABŞ-da 2024-cü il prezident seçkisində) namizədliyimi irəli sürüm. Mən həm respublikaçıların, həm də demokratların arasında keçirilən sorğularda liderəm. Ən yaxın zamanda qərar qəbul edəcəm”, - deyə o, Hindistanın NDTV kanalına müsahibəsində qeyd edib.

Tramp əlavə edib: “Hesab edirəm ki, çoxu buna sevinəcək. Amma bəzi insanlar məmnun olmayacaqlar”.

Daha əvvəl ona yaxın mənbələr bildirmişdilər ki, Tramp dövlət başçısı postu uğrunda mübarizəyə yenidən qoşulub-qoşulmayacağını payızda bəyan edəcək. Son sorğulara əsasən, respublikaçıların, demək olar ki, 60%-i Trampı prezidentliyə namizəd görmək istəyir.

Mənbə: TASS



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2024