Ana Sayfa > Karusel / Dünya > Tramp prezidentliyə namizədliyi haqqında: “Bəzi insanlar məmnun olmayacaqlar”
Tramp prezidentliyə namizədliyi haqqında: “Bəzi insanlar məmnun olmayacaqlar”8-09-2022, 13:03. Yazar: sevinc1 |
ABŞ-ın keçmiş lideri Donald Tramp 2024-cü il prezident seçkisində iştirak edib-etməyəcəyi ilə bağlı yaxın günlərdə qərar verəcəyini bildirib. “Hamı istəyir ki, mən (ABŞ-da 2024-cü il prezident seçkisində) namizədliyimi irəli sürüm. Mən həm respublikaçıların, həm də demokratların arasında keçirilən sorğularda liderəm. Ən yaxın zamanda qərar qəbul edəcəm”, - deyə o, Hindistanın NDTV kanalına müsahibəsində qeyd edib. Tramp əlavə edib: “Hesab edirəm ki, çoxu buna sevinəcək. Amma bəzi insanlar məmnun olmayacaqlar”. Daha əvvəl ona yaxın mənbələr bildirmişdilər ki, Tramp dövlət başçısı postu uğrunda mübarizəyə yenidən qoşulub-qoşulmayacağını payızda bəyan edəcək. Son sorğulara əsasən, respublikaçıların, demək olar ki, 60%-i Trampı prezidentliyə namizəd görmək istəyir. Mənbə: TASS Geri dön |