Mobil versiya
Xəzər Rayon Gənclər və İdman İdarəsi və Xəzər Gənclər Evinin birgə təşkilatçılığı ilə intellektual oyun keçirilmişdir. - FOTOLAR
Tarix: 17-05-2022 | Saat: 18:01
Bölmə:Karusel / İdman | çapa göndər

Xəzər Rayon Gənclər və İdman İdarəsi və Xəzər Gənclər Evinin birgə təşkilatçılığı ilə intellektual oyun keçirilmişdir.

AIA.Az xəbər verir ki, Xəzər Rayon Gənclər və İdman İdarəsi və Xəzər Gənclər Evinin birgə təşkilatçılığı ilə Nə? Harada? Nə zaman? adlı intellektual oyun keçirilmişdir.

Mayın 17-də Xəzər Gənclər Evində Xəzər rayon ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Xəzər Gənclər Evinin əməkdaşı Vaqif Babayevin moderatorluğu ilə intellektual oyun keçirilmişdir.

Tədbirdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev çıxış edərək tədbir iştirakçılarını salamlamış və iştirakçılara uğurlar arzu etmişdir.

Bu intellektual yarış maraqlı suallarla, məntiq, dünyagörüşü və ümumilikdə müxtəlif sahələri əhatə edirdi.

Oyunun nəticələrinə əsasən:
149 saylı tam orta məktəb - l yer
124 saylı tam orta məktəb - ll yer
183 saylı tam orta məktəb - lll yer

Qalib komandalar Xəzər Rayon Gənclər və İdman İdarəsinin aparıcı-məsləhətçisi Elçin Bəşirov və idarənin məsləhətçisi Mayıl Yusifov tərəfindən diplomla təltif ediliblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024