Ana Sayfa > Karusel / İdman > Xəzər Rayon Gənclər və İdman İdarəsi və Xəzər Gənclər Evinin birgə təşkilatçılığı ilə intellektual oyun keçirilmişdir.
Xəzər Rayon Gənclər və İdman İdarəsi və Xəzər Gənclər Evinin birgə təşkilatçılığı ilə intellektual oyun keçirilmişdir.17-05-2022, 18:01. Yazar: admen |
AIA.Az xəbər verir ki, Xəzər Rayon Gənclər və İdman İdarəsi və Xəzər Gənclər Evinin birgə təşkilatçılığı ilə Nə? Harada? Nə zaman? adlı intellektual oyun keçirilmişdir. Mayın 17-də Xəzər Gənclər Evində Xəzər rayon ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Xəzər Gənclər Evinin əməkdaşı Vaqif Babayevin moderatorluğu ilə intellektual oyun keçirilmişdir. Tədbirdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev çıxış edərək tədbir iştirakçılarını salamlamış və iştirakçılara uğurlar arzu etmişdir. Bu intellektual yarış maraqlı suallarla, məntiq, dünyagörüşü və ümumilikdə müxtəlif sahələri əhatə edirdi. Oyunun nəticələrinə əsasən: 149 saylı tam orta məktəb - l yer 124 saylı tam orta məktəb - ll yer 183 saylı tam orta məktəb - lll yer Qalib komandalar Xəzər Rayon Gənclər və İdman İdarəsinin aparıcı-məsləhətçisi Elçin Bəşirov və idarənin məsləhətçisi Mayıl Yusifov tərəfindən diplomla təltif ediliblər. Geri dön |