Mobil versiya
Bu gün bizim günümüzdür -Fotolar
Tarix: 06-11-2026 | Saat: 11:22
Bölmə:Özəl / Media | çapa göndər

Bu gün bizim günümüzdür

Əziz dostlarım, dəyərli həmkarlarım və Azərbaycan teleradio məkanının fədakar insanları!

Bu gün ölkəmizin mədəniyyət, mətbuat və ictimai fikir tarixində misilsiz bir gündür. Ömrümün ən gözəl, ən məhsuldar illərini bağladığım sənət məbədi — Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əsrə bərabər yubileyidir!

Bu 100 il sadəcə zamanın axarı deyil; hər kəlməsində milli ruhu yaşadan radionun, hər kadrında tariximizi dastanlaşdıran televiziyanın şərəfli rəşadət yoludur.
Bu uca sənət məbədinin sütunlarını öz çiyinlərində daşıyan, xalqımızın sonsuz sevgisini qazanan böyük ustadlarımızı və əziz həmkarlarımı bu möhtəşəm yubiley münasibətilə səmimi qəlbdən təbrik edirəm!

İlk növbədə, öz ustadlığı və örnək ömrü ilə teleradionun canlı tarixinə çevrilmiş ağsaqqal jurnalistlərimiz Moris Quluyevi,Qəmbər Ağayevi ,Rafiq İmanovu,;

Azərbaycan jurnalistikasının parlaq imzaları və peşəkarları olan dəyərli dostlarım: Rövşən Məmmədovu ,Cəmil Quliyevi, Etibar Babayevi, Akif Cabbarlını, Qulu Məhərrəmlini,Vasif Quliyevi, İlqar Paşazadəni,İsmayəl Ömərovu, Tahir Aydınoğlunu, Mahir Qabiloğlunu, Elman Gədiklini, Azad Müzəffərlini, Rövşən Ramazanlını, Sahəddin Hüseynovu, Əli Nəcəfxanlını, Saday Budaqlını, Bahadur Şəfini, Abbas Rüstəmovu, Rəhman Quluzadəni, Ələmdar Quluzadəni, Qulu Kəngərlini, Ərsalam Əliyevi,Əşrəf Hünbətovu ,Sakit Ocaqlını, Faiq Sadıqovu, Faiq Hüsiyevi,Rafiq Haşımovu, Əhməd Qədiroğlunu,Hikmət Yaqubovu, İman Məcidovu, Qorxmaz Şıxalıoğlunu, Vəli Səyyadini,İlham Zeynalovu,Vaqif Nəcəfovu,Zöhrab Mehdilini, Əyyar Cəfərlini,Vəli Həsənlini,Reyhan Rüstəmlini, Zöhrə Əliyevanı,Şərəf Cəlillini, Sülhiyyə Musaqızını, Şəlalə Məhiyyəddinqızını, Zərxanım Əhmədlini, Aybəniz Məmmədəliyevanı ,Firuzə Nadiri, Kəmalə Mikayılzadəni, Tahir Talıblını,Tofiq Elləzoğlunu,Səyavuş Hüseynlini, və Dilşad Tahirqızını;
Səsləri ilə evlərimizə doğmalıq gətirən, nitqləri ilə ana dilimizin saflığını qoruyan unudulmaz diktorlarımız: Ofelya Sənanini, Eldost Bayramı, İradə Ələkbərqızını, Əli Məhəmmədoğlunu, Roza Tağıyevanı, Nailə İslamzadəni, Sevil Hüseynlini, Ofelya Nəzirlini, Həqiqət Əsgərzadəni, Kəmalə Aslanovanı və adını çəkə bilmədiyim neçə-neçə fədakar həmkarımı dərin ehtiramla salamlayır, hər birinə uzun ömür, möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıram!

Bu bayram həm də kadrarxasında görünməyən, lakin efirin nəbzini tutan yüzlərlə mühəndisin, rejissorun, operatorun, səs rejissorunun — bütövlükdə teleradio işçilərinin müqəddəs əməyinin bayramıdır.

Yüz yaşın mübarək, Azərbaycan Radiosu və Televiziyası! Səsin hər zaman zirvələrdən gəlsin, nurun heç vaxt sönməsin!

Mübariz.Süleymanlı,
Aztv-nin Həmkarlar İttifaqı Komitəsinin sabiq sədr müavini ,jurnalist




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-11-2026