Mobil versiya
Azərbaycanla Aİ arasında yeni hərtərəfli saziş tezliklə imzalanacaq - XİN rəsmisi
Tarix: 12-05-2022 | Saat: 11:24
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanla Aİ arasında yeni hərtərəfli saziş tezliklə imzalanacaq -

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni hərtərəfli saziş tezliklə əldə olunacaq və layiqli nəticələr verəcək.

Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rəşad Novruz ADA Universitetində keçirilən "Avropa günü"nə həsr olunmuş seminar zamanı deyib.

"Azərbaycan və Aİ bir-biri üçün anlayışlı tərəfdaşdır. Məhz buna görə bizim əməkdaşlığımız bundan sonra da inkişaf edəcək", - deyə o bildirib.

R.Novruzun sözlərinə görə, Aİ Azərbaycan üçün təkcə ən iri ticarət tərəfdaşı deyil, həm də investisiyalara görə birinci yeri tutur.

"Azərbaycan da ikitərəfli münasibətlərlə bağlı Aİ kimi gələcəyə baxır", - səfir deyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024