2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib Yenilənib-Foto
Tarix: 17-11-2026 | Saat: 19:12
Bölmə:Manşet / Siyasət / Parlament / İqtisadiyyat | çapa göndər

Noyabrın 17-də spiker Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasının növbəti plenar iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak edən hökumət üzvlərini, deputatları və media nümayəndələrini salamlayaraq, 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə təbriklərini çatdırıb, onlara can sağlığı, firavanlıq və fəaliyyətlərində uğurlar arzulayıb.
Plenar iclasda 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələri davam etdirilib.
Müzakirələrdə parlamentin komitə sədrləri Tahir Rzayev, Anar İsgəndərov, komissiya sədri Eldar Quliyev, deputatlar Bəhruz Məhərrəmov, Razi Nurullayev, Elnarə Akimova, Rizvan Nəbiyev, Tural Gəncəliyev, Göydəniz Qəhrəmanov, Tənzilə Rüstəmxanlı, Samir Vəliyev, Sevinc Fətəliyeva, Asif Əsgərov, İlham Məmmədov, Fatma Yıldırım, Azər Allahverənov, Tahir Mirkişili, Əli Məsimli, Bəxtiyar Əliyev, Günay Ağamalı və Səyyad Aran çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan mürəkkəb qlobal geosiyasi gərginliklər və təchizat zəncirlərindəki qeyri-müəyyənliklərə baxmayaraq, makroiqtisadi sabitliyini qoruyur, iqtisadi inkişafını davam etdirir və beynəlxalq mövqelərini daha da möhkəmləndirir.
Qeyd olunub ki, 2027-ci ilin dövlət büdcəsi layihəsi ölkədə makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, milli təhlükəsizliyin təmin edilməsi və əhalinin sosial rifahının yüksəldilməsi baxımından mühüm maliyyə sənədidir. Dövlət büdcəsi, eyni zamanda Azərbaycanın müstəqil və suveren siyasət yürütmək imkanlarını əks etdirən mühüm indikator kimi dəyərləndirilib.
Bildirilib ki, 2027-ci ilin dövlət büdcəsi ölkənin strateji inkişaf hədəflərinin reallaşdırılmasına, müdafiə və təhlükəsizlik imkanlarının artırılmasına, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin davam etdirilməsinə, sosial müdafiə tədbirlərinin gücləndirilməsinə xidmət edir. Eyni zamanda, təhsil, səhiyyə, elm, kənd təsərrüfatı, infrastruktur və digər sahələrə ayrılan vəsaitlərin ölkənin uzunmüddətli inkişafına, əhalinin rifahının yüksəldilməsinə və regionların iqtisadi fəallığının artırılmasına töhfə verəcəyi diqqətə çatdırılıb. Növbəti ilin dövlət büdcəsində neft amilindən asılılığın azaldılması, qeyri-neft-qaz sektorunun dayanıqlı inkişafının maliyyə əsaslarının formalaşdırılması təqdirəlayiq hesab edilib.
Bildirilib ki, son illərdə ölkəmizin hərbi, müdafiə sənayesi və diplomatiya sahələrində gücü daha da artıb və büdcə layihəsində bu istiqamətlərin maliyyə təminatı ilə bağlı müvafiq vəsaitin nəzərdə tutulması Azərbaycanın xarici siyasət prioritetlərinin həyata keçirilməsinə xidmət edən mühüm istiqamət kimi dəyərləndirilib. Qeyd olunub ki, ölkəmizin qarşıdakı illərdə bir sıra nüfuzlu beynəlxalq tədbirlərə və təşkilatlara ev sahibliyi və sədrlik etməsi Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirəcək.
Müzakirələrin yekununda “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sonra parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti iki məsələsinin “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” (birinci oxunuş) və “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” (birinci oxunuş) qanun layihələri olduğunu bildirib.
Hər iki qanun layihəsi barədə məlumat verən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qeyd edib ki, cənab Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında əhalinin rifahının yüksəldilməsi istiqamətində tədbirlərin genişləndirilməsi ilə bağlı müəyyən etdiyi prioritetlər 2027-ci ilin büdcəsində öz əksini tapıb. Gələn ilin büdcə zərfi dövlətin sosial siyasətinin növbəti ildə daha da gücləndiriləcəyindən xəbər verir. Büdcə xərclərinin 18,7 milyard manatının və ya 44,2%-nin sosial yönümlü olması bunu bir daha təsdiq edir. Bu məbləğ 2026-cı illə müqayisədə 1,6 milyard manat və ya 9,2% çoxdur.
Diqqətə çatdırılıb ki, müzakirəyə təqdim olunan 2027-ci il üzrə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi də sosial ədalət və sosial rifah prinsipləri rəhbər tutularaq tərtib edilib. Dövlət Sosial Müdafiə Fondunun (DSMF-nin) 2027-ci il üçün gəlirləri 9 milyard 221 milyon manat təşkil edəcək ki, bu da cari ilin proqnoz göstəricisi ilə müqayisədə 897 milyon 400 min manat və ya 10,8% çoxdur. DSMF-nin gələn il üçün nəzərdə tutulan xərcləri isə 9 milyard 273 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin göstəricisindən 790 milyon manat və ya 9,3% çoxdur. Onların da 96,5%-ni əhaliyə ödənişlər təşkil edəcək.
Qeyd olunub ki, əmək pensiyalarının orta aylıq məbləğinin 2027-ci ildə 640 manat olacağı proqnozlaşdırılır. Bundan başqa, növbəti ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 281 milyon manat vəsait nəzərdə tutulub. Vurğulanıb ki, layihə gələn il şəhid ailələrinin, qazilərin, pensiya və müavinət alan bütün vətəndaşlarımızın sosial rifahının yaxşılaşması üçün etibarlı maliyyə təminatı yaradacaq.
Sonra komitə sədri bildirib ki, 2027-ci ildə İşsizlikdən Sığorta Fondunun (İSF-in) gəlirləri 269 milyon manat, fondun əvvəlki illərdə istifadə olunmamış vəsaitindən 2027-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsaitin həcmi isə 50 milyon manat nəzərdə tutulub. Gələn ildə işsizlikdən sığorta haqları üzrə yığımların 267 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2026-cı ilin təsdiq edilmiş müvafiq göstəricisindən 31 milyon manat və ya 13% çoxdur. Sığorta haqları üzrə yığımın 78%-i qeyri-büdcə sektorunun payına düşəcək.
2027-ci ildə İSF-in xərcləri 319 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da keçən illə müqayisədə 53 milyon manat çoxdur. Gələn il fondun xərclərinin 36 milyon manatı (cari ildən 28,6% çox) işsizliyə görə sığorta ödənişləri üçün nəzərdə tutulub. Xərclərin 113 milyon manatı, yaxud 35%-i özünüməşğulluq tədbirlərinin maliyyələşməsinə yönəldiləcək. Gələn il 14500 nəfərin özünüməşğulluq proqramına cəlb olunacağı nəzərdə tutulur. Komitə sədri İSF-in 2027-ci il büdcəsində peşə hazırlığı, haqqı ödənilən ictimai işlərin və digər aktiv məşğulluq tədbirlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərc istiqamətləri və ayrılacaq vəsaitlər barədə məlumat verib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təqdim edilən hər iki qanun layihəsi barədə komitənin rəylərini diqqətə çatdırıb. O, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin hər iki qanun layihəsini dəstəklədiyini deyib.
İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev cari ildə əhalinin sosial müdafiəsi sahəsində görülmüş işlərdən danışıb və Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi barədə məlumat verib.
Vurğulanıb ki, əhalinin sosial müdafiəsi və məşğulluğunun təmin edilməsi ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər növbəti ildə də davam etdiriləcək. Belə ki, dövlət başçısının tapşırığa uyğun olaraq, əməkhaqqı və sosial ödənişlərin artırılması məqsədilə növbəti – 6-cı sosial islahat paketi ilə bağlı 2027-ci ilin dövlət və icmal büdcəsində müvafiq maliyyə təminatı yaradılıb.
Anar Əliyev dövlət büdcəsindən növbəti il üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN-nin) fəaliyyət istiqamətləri üzrə ayrılan vəsaitlərin həcmi və strukturu barədə də məlumat verib.
DSMF-nin gələn il üçün büdcəsi barədə məlumatında isə nazir qeyd edib ki, fondun 2027-ci il üçün gəlirlərinin 82,3%-nin məcburi dövlət sosial sığorta daxilolmalarından formalaşacağı proqnozlaşdırılır. Qeyri-büdcə sektoru üzrə proqnoz edilən gəlirlər ümumi sosial sığorta haqlarının 67,5%-ni təşkil edir.
Fondun xərcləri barədə danışarkən qeyd olunub ki, mövcud proqnoza əsasən, 2027-ci ildə əmək pensiyalarının təqribən 7,5% səviyyəsində indeksləşdirilməsi məqsədilə 575,5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcəsi barədə danışarkən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev vurğulayıb ki, cənab Prezident tərəfindən təsdiq olunmuş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” çərçivəsində özünüməşğulluq tədbirlərinin genişləndirilməsi, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi kimi tədbirlərin növbəti illərdə də prioritet olaraq həyata keçirilməsi nəzərdə tutulur.
Nazir, həmçinin İcbari tibbi sığorta fondunun 2027-ci il büdcəsi haqqında da məlumat verib. O bildirib ki, fondun gəlirləri 2 milyard 257 milyon manat nəzərdə tutulur ki, bu da 2026-cı il üzrə təsdiq olunmuş gəlirlərdən 281,2 milyon manat və ya 14,2% çoxdur. İcbari tibbi sığorta haqlarından daxilolmaların 63,4%-i qeyri-büdcə sektorunun payına düşür. Əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması məqsədilə 2027-ci ildə Fonda dövlət büdcəsindən 1,1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da əvvəlki ilin göstəricisindən 200 milyon manat və ya 22,2% çoxdur.
Fondun 2027-ci il üzrə ümumi xərclərinin 2 milyard 980 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu da cari ilin təsdiqlənmiş göstəricisindən 358,7 milyon manat və ya 13,7% çoxdur. Xərclərin 2 milyard 565 milyon manatı və ya 86,1%-i tibb müəssisələri üzrə icbari tibbi sığorta ödənişləri və əməkhaqqı xərcləri üçün nəzərdə tutulub. Növbəti ilin xərclərində səhiyyə sahəsində dövlət proqramlarına və tədbirlərə 185 milyon manat, tibbi xidmətlərin inkişafı və təkmilləşdirilməsi, həmçinin bu sahədə rəqəmsal infrastrukturun qurulması üçün 105 milyon manat, aptek təşkilatlarına ambulator şəraitdə istifadə olunan dərman vasitələrinə görə sığorta ödənişi, əlilliyi olan şəxslərin dərman preparatları ilə təminatı üçün 59 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Bildirilib ki, ölkə başçısı tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq, növbəti il ərzində nazirlik tərəfindən imtiyazlı şəxslərə mənzillərin, avtomobillərin və reabilitasiya vasitələrinin verilməsi proqramları da davam etdiriləcək. Belə ki, şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 2027-ci il ərzində mənzillərin alınması üçün 40 milyon manat, tibbi göstərişi olan müharibə əlillərinin avtomobillərlə, habelə əlilliyi müəyyən edilmiş şəxslərin reabilitasiya vasitələri ilə təminatı üçün isə 30 milyon manatdan çox vəsaitin ayrılması nəzərdə tutulur.
Qanun layihələrinin müzakirəsində Milli Məclisin komitə sədrləri Zahid Oruc və Fazil Mustafa, deputatlar Razi Nurullayev, Bəhruz Məhərrəmov, Rövşən Muradov, Ceyhun Məmmədov, Naqif Həmzəyev, Azər Allahverənov, Aydın Hüseynov və Əziz Ələkbərov çıxış ediblər.
Çıxışlarda deputatlar sosial müdafiə sisteminin dayanıqlığının gücləndirilməsi, Dövlət Sosial Müdafiə Fondunun gəlir mənbələrinin şaxələndirilməsi, İşsizlikdən Sığorta Fondunun vəsaitlərinin aktiv məşğulluq tədbirlərinə yönəldilməsi, pensiyaların indeksləşdirilməsi, sosial dəstək mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndiriblər.
Müzakirələrin yekununda “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihələri birinci oxunuşda qəbul edilib.
Sonra iclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Komitə sədri diqqətə çatdırıb ki, 2027-ci il üçün yaşayış minimumu ölkə üzrə 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat həddində təsbit edilir.
O, yaşayış minimumunun dövlətin sosial siyasətinin formalaşdırılmasında, sosial müdafiə tədbirlərinin planlaşdırılmasında, iqtisadi inkişafın sosial nəticələrinin, o cümlədən həyat səviyyəsinin qiymətləndirilməsində, sosial-iqtisadi göstəricilərin təhlilində əhəmiyyətli rol oynadığını söyləyib.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələ barədə təmsil etdiyi komitənin müsbət rəyini səsləndirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə dair (birinci oxunuş) məlumat verib.
Komitə sədri qeyd edib ki, 2027-ci il üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddinin 314 manat müəyyən edilməsi nəzərdə tutulur. O, ehtiyac meyarının yaşayış minimumuna bərabərləşdirildiyini söyləyib. Bildirilib ki, ehtiyac meyarının həddinin artırılması həm yardım alan ailələrin ödənişlərinin artırılmasına, həm də yardım almaq hüququ olan ailələrin dairəsinin genişlənməsinə imkan yaradacaq.
Musa Quliyev vurğulayıb ki, qanun layihəsi ölkə Prezidenti İlham Əliyevin sosial siyasətinin əsas prinsipinə — heç bir vətəndaşın diqqətdən kənarda qalmaması prinsipinə xidmət edir və Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi ilə birlikdə vahid sosial zərf təşkil edir.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov qanun layihəsi barədə bu komitənin müsbət rəy verdiyini bildirdikdən sonra, sənəd səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra iclasda Mülki Prosessual Məcəllədə, Miqrasiya Məcəlləsində, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə, “Pasportlar haqqında”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb.
Sənədi təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov nəzərdə tutulan dəyişikliklərin rüsum ödənişi ilə bağlı olduğunu söyləyib. O, "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişikliklərin azadolma və güzəştlərin vahid qanunla tənzimlənməsini nəzərdə tutduğunu bildirib. O, digər qanunlardan çıxarılan bir sıra güzəştlərin burada ehtiva olunduğunu deyib. Qeyd edib ki, artıq və ya düzgün tutulmamış rüsumun qaytarılması informasiya sistemindən istifadə edilməklə həyata keçiriləcək. Həmçinin diqqətə çatdırılıb ki, şəhid ailələri notariat hərəkətləri üzrə dövlət rüsumu ödənişindən azad edilir. Şəxsiyyət və sürücülük vəsiqələrindəki səhvlərin düzəldilməsi üçün artıq rüsum ödənişi tələb edilməyəcək. Yerli və xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatının rüsumsuz olması layihədə konkretləşdirilir. Habelə, bəzi baytarlıq rüsumları üzrə dəyişikliklər təklif olunur. Daşınmaz əmlak sənədlərinin müəyyən hallarda rüsumsuz verilməsi təsbit edilir. Beləliklə, həm güzəştlər vahid normativ hüquqi sənəddə toplanır, həm rüsumların idarə olunması elektronlaşdırılır, həm də ayrı-ayrı ödənişlərə düzəliş edilir.
Bildirilib ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunda istehlakçıların dövlət rüsumundan azad olunması hallarının birbaşa "Dövlət rüsumu haqqında" Qanunla müəyyən edilməsi müddəası öz əksini tapır. "Müflisləşmə və iflas haqqında" Qanundan əmlakın kreditora verilməsi barədə saziş üzrə ayrıca rüsum qaydası çıxarılır. Bu məsələ dövlət rüsumu qanunvericiliyi əsasında həll ediləcək. Sazişin notariat qaydasında təsdiqi tələbi saxlanılır.
Sənədə əsasən, qeydiyyatla bağlı rüsumların hüquqi əsası "Dövlət rüsumu haqqında" Qanun olduğuna görə, şirkət qeydiyyatı və reyestr sənədləri üzrə rüsum qaydaları vahid qanuna uyğunlaşdırılır. Bu məqsədlə məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatına dair rüsum istisnası "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanundan çıxarılır. Həmçinin qeyd edilib ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda ayrıca azadolma normaları əvəzinə, "Dövlət rüsumu haqqında" Qanuna istinad verilir.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Qaya Məmmədov, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev sənəd barədə bu komitələrin rəyini açıqlayaraq, təklif edilən dəyişikliklərin məqsədəmüvafiq olduğunu bildiriblər.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra plenar iclasda Əmək Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Mülki Məcəllədə, Seçki Məcəlləsində, Rəqabət Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yaşayış minimumu haqqında”, “Sosial müavinətlər haqqında”, “Təhsil haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Ümumi təhsil haqqında”, “Siyasi partiyalar haqqında”, “Diplomatik xidmət haqqında” və “Xüsusi icra məmurları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) təqdim olunub.
Layihədə təklif olunan dəyişikliklərin mahiyyəti barədə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. O, qeyd edib ki, qanun layihəsi ilə Əmək Məcəlləsinə, digər beş məcəlləyə, dörd əsasnaməyə və 16 qanuna dəyişiklik təklif olunur. O, ümumilikdə 26 normativ hüquqi aktı əhatə edən bu dəyişikliklərin dörd istiqamət üzrə qruplaşdırıldığını deyib.
Diqqətə çatdırılıb ki, birinci istiqamət saatlıq əməkhaqqı sisteminin tətbiqidir. Bu sistemin tətbiqi nəticəsində bu sahədə mövcud boşluqlar aradan qaldırılacaq, kənd təsərrüfatı, turizm, ictimai iaşə, məişət xidmətləri və digər sahələrdə çalışanların əməyinin daha ədalətli ödənilməsinə şərait yaradılacaq.
İkinci istiqamət əməkhaqqı ödənişlərinin elektronlaşmasıdır. Bu dəyişiklik əməkhaqqının hesablanması, uçotu və ödənilməsinin vahid elektron sistem üzərindən həyata keçirilməsini nəzərdə tutur.
Nəzərdə tutulan üçüncü istiqamət uşağa qulluğa görə sosial təminatın təkmilləşdirilməsi ilə bağlıdır. Qanun layihəsi ilə üç yaşınadək uşağa qulluğa görə müavinətin təyin edilməsi üçün ən azı altı aylıq sığorta stajı müəyyənləşdirilir. Bununla yanaşı, "qismən ödənişli məzuniyyət" anlayışı "uşağa qulluğa görə sosial məzuniyyət" anlayışı ilə əvəz olunur. Hamiləliyə və doğuma, eləcə də uşağa qulluğa görə müavinətlərin vahid sosial sığorta mexanizmi əsasında təyin edilməsi təmin edilir. Bu dəyişikliklər ailələrin, xüsusilə azyaşlı uşağı olan valideynlərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.
Qeyd edilib ki, dördüncü istiqamət əmək məzuniyyəti hüququnun təminatı ilə əlaqədardır. Belə ki, təklif olunan dəyişikliklər istifadə edilməmiş məzuniyyət günlərinin hüquqi statusunu dəqiqləşdirir və işçilərin istirahət hüququnun qorunmasını gücləndirir. Məzuniyyətin başqa vaxta keçirilməsinin halları dəqiq müəyyən edilir. İstifadə edilməmiş məzuniyyət günlərinin növbəti ilə keçirilməsi tərəflərin razılığı əsasında mümkün olacaq. İşçinin ərizəsi əsasında istifadə edilməmiş və növbəti ilə keçirilməmiş məzuniyyət günlərinə görə kompensasiya ödənilməsi nəzərdə tutulur. Eyni zamanda qanunla müəyyən edilmiş 21 günlük minimum əsas məzuniyyət müddətinin əmək müqaviləsi qüvvədə olduğu dövrdə pulla əvəz edilməsinə yol verilmir. Bu yanaşma istirahət hüququnun qorunmasına, işçilərin sağlamlığının və sosial rifahının təmin edilməsinə xidmət edir.
Komitə sədri bildirib ki, təklif olunan dəyişikliklərin ümumi mahiyyəti əmək qanunvericiliyinin müasir əmək bazarının tələblərinə uyğunlaşdırılmasından və işçilərin hüquqlarının daha etibarlı qorunmasından ibarətdir.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Qaya Məmmədov qanun layihəsində təklif olunan dəyişikliklər barədə fikirlərini bildirərək, bu komitələrin məsələ barədə müsbət rəylərini səsləndiriblər.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Yerin təki haqqında", "Tullantılar haqqında", "Heyvanlar aləmi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Tibbi sığorta haqqında", "Avtomobil yolları haqqında", "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Büdcə sistemi haqqında", "Dövlət borcu haqqında", "Gömrük tarifi haqqında", "Yaşıllıqların mühafizəsi haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Hesablama Palatası haqqında", "Dövlət satınalmaları haqqında" və "Balıqçılıq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib.
Komitə sədri bildirib ki, layihədə 2027-ci ilin dövlət büdcəsi çərçivəsində bir sıra qanunlara, o cümlədən Vergi Məcəlləsinə dəyişikliklər təklif edilir. Vergi Məcəlləsinə dəyişikliklər iqtisadi fəaliyyətin müxtəlif sahələrini əhatə edir.
Bildirilib ki, layihədə sahibkarlığın böyüməsi təşviq edilir. Mikrosahibkar daha böyük sahibkar kateqoriyasına keçdikdə, əvvəlki il ödədiyi vergilərin gələcək vergi öhdəliklərindən çıxılması nəzərdə tutulur. Müəyyən şərtlərə əməl edən kiçik sahibkarların gəlir və mənfəətinin 25 faizinə güzəşt təklif edilir. Layihədə qeyri-neft iqtisadiyyatının gəlir yaratmaq imkanları dəstəklənir. Yerli məhsulların və müəyyən xidmətlərin ixracına, xarici turistlərə xidmət göstərən mehmanxana və sanatoriyaların fəaliyyətinə vergi güzəştləri nəzərdə tutulur. Avtomobil sənayesi və kənd təsərrüfatı texnikasının yerli istehsalı üzrə təşviqlər genişləndirilir.
Aqrar sahəyə dəstək uçot və şəffaflıqla əlaqələndirilir. Aqrar istehsalçıların gəlir və mənfəəti üzrə tam azadolmanın əvəzinə, qeydiyyat və bəyanetmə şərtilə 90 faizlik güzəşt nəzərdə tutulur. İstehsalla bağlı dövlət subsidiyaları isə vergidən azad edilir. Beləliklə, əhəmiyyətli vergi dəstəyi saxlanılmaqla, sahədə iqtisadi dövriyyənin daha dolğun uçota alınması hədəflənir. Bundan başqa, nağdsız ödənişlər və fəaliyyətin rəsmiləşdirilməsi stimullaşdırılır. Vergi öhdəliklərinin icrası asanlaşdırılır, vergi siyasətinin tənzimləyici rolu genişləndirilir. Bütün bu dəyişikliklər sahibkarlığın dəstəklənməsi yolu ilə büdcənin gəlir bazasının möhkəmləndirilməsinə xidmət edir.
Komitə sədri layihədə digər qanunlara təklif olunan dəyişikliklər barədə də ətraflı məlumat verib.
Müzakirələr zamanı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Əli Məsimli qanun layihəsi barədə fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, müzakirələr sabah davam etdiriləcək.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2026

.jpg)
.jpg)

.jpg)