Mobil versiya
Türkiyədə fond araşdırmaları: 75 nəfərdən 40,4 milyard geri alındı
Tarix: 17-11-2026 | Saat: 23:07
Bölmə:Dünya | çapa göndər

Türkiyədə fond araşdırmaları: 75 nəfərdən 40,4 milyard geri alındı


Türkiyədə fondlarla bağlı aparılan araşdırmalar çərçivəsində 75 nəfərdən təxminən 40,4 milyard lirə ( 1 milyard 361 milyon 480 min manat - Qeyd) vəsait geri alınıb.
aia.az "Habr Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek məlumat verib.

Nazirin sözlərinə görə, hazırda araşdırmalar çərçivəsində 498 şübhəli var. Onlardan 129-u həbs edilib, 289 nəfər barəsində isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub.
Axtarışda olan 54 şübhəlinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir, 22 nəfərin isə istintaq hərəkətləri aparılır.

Akın Gürlek bildirib ki, cinayət yolu ilə əldə edildiyi ehtimal olunan gəlirlərin gizlədilməsinin və ölkədən çıxarılmasının qarşısını almaq məqsədilə 417 fiziki və 149 hüquqi şəxsin əmlakına həbs və dondurulma tədbirləri tətbiq edilib.

O vurğulayıb ki, könüllü şəkildə vəsaitin geri qaytarılması şəxslərin hüquqi məsuliyyətini aradan qaldırmır.

Nazir əlavə edib ki, əsas məqsəd vicdanlı investorların hüquqlarını qorumaq və onların vəsaitlərini geri almaları üçün hüquqi proseslərin səmərəli həyata keçirilməsini təmin etməkdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2026