Mobil versiya
Polad Həşimovun anasının vəziyyəti necədir? - Açıqlama
Tarix: 17-11-2026 | Saat: 22:42
Bölmə:Ölkə | çapa göndər

Polad Həşimovun anasının vəziyyəti necədir? -


Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimova xəstəxanadan evə buraxılıb.
aia.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, 1949-cu il təvəllüdlü Səmayə Həşimovanın müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilib:

"Aparılan müalicə nəticəsində pasiyentin ümumi vəziyyəti stabilləşib. Həkim müayinəsindən sonra ambulator müalicəsini davam etdirmək üçün evə buraxılıb".

Qeyd edək ki, noyabrın 4-də S.Həşimovanın səhhətində ciddi problemlər yarandığı üçün, o, xəstəxanaya yerləşdirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2026