Aydın Hüseynov: “Ağdam xarabalıqların deyil, Azərbaycanın yenilməz iradəsinin üzərində yüksələn şəhərdir”
Tarix: 17-11-2026 | Saat: 17:36
Bölmə:Siyasət | çapa göndər

“Ağdamın adı və tarixi, ilk növbədə, onun Azərbaycan torpağındakı dərin köklərini, zəngin mədəni yaddaşını aydın göstərir. Qədim türk dilində “kiçik qala” mənası daşıdığı bildirilən bu ad, XVIII əsrdə Pənahəli xanın ağ daşdan imarət tikdirməsi ilə bağlı “işıqlı, ağ ev” yozumu ilə də yaddaşlarda yaşayır. 1930-cu ildə rayon statusu alan Ağdam Qarabağın mərkəzində, əlverişli coğrafi mövqedə yerləşməklə yanaşı, minilliklərə gedib çıxan yaşayış və təsərrüfat ənənələrinə malikdir. Arxeoloji araşdırmalar burada Eneolit dövründən məskunlaşmanın mövcudluğunu, əkinçilik və maldarlığın inkişaf etdiyini təsdiqləyir. Üzərriktəpədə aşkarlanan maddi-mədəniyyət nümunələri isə Ağdamın Qafqazın qədim şəhər mədəniyyətində tutduğu yeri nümayiş etdirir və bu torpağın qədimliyini təsdiqləyir.”
Bu fikirlər Milli Məclisin deputatı Aydın Hüseynovun aia.az-a açıqlamasında ifadə olunub.
Millət vəkili bildirib ki, Ağdamın müasir tarixində ən ağır səhifə 1993-cü il iyulun 23-də rayon ərazisinin böyük hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə başladı: “42 gün davam edən döyüşlərdən sonra 1094 kvadratkilometrlik rayonun 882 kvadratkilometri, rayon mərkəzi və 90 kənd işğal olundu, 128 min sakin doğma yurdunu tərk etməyə məcbur qaldı. Şəhərin yaşayış məntəqələri, məktəbləri, mədəniyyət ocaqları və iqtisadi obyektləri dağıdıldı, talan edildi. Şəhərin xarabalığa çevrilməsi erməni vandalizminin miqyasını göstərdi. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsində işğalçı qüvvələrin Ağdamdan və digər zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilsə də, Ermənistan bu çağırışlara məhəl qoymadı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz güclü ordu quruculuğu və prinsipial diplomatiya ilə torpaqlarımızın azadlığı üçün zəmin yaratdı. 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra imzalanmış 10 noyabr bəyanatına uyğun olaraq, noyabrın 20-də Ağdam döyüşsüz Azərbaycana qaytarıldı. Bununla həm əlavə insan tələfatının qarşısı alındı, həm də şəhərin dirçəlişi üçün tarixi imkan və yeni inkişaf mərhələsi yarandı.”
Sonda Parlament üzvü bunu da qeyd edib ki, bu gün Ağdamın taleyi artıq dağıntılarla deyil, quruculuq, qayıdış və inkişafla səciyyələnir: “Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 noyabrın Ağdam şəhəri günü kimi təsis edilməsi bu tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsinin ifadəsidir. İşğaldan sonrakı bərpa prosesi isə Prezidentin müəyyən etdiyi strateji xəttə uyğun, planlı və ardıcıl şəkildə aparılır. 2040-cı ilədək inkişafı nəzərdə tutan Baş Plan əsasında müasir şəhər infrastrukturu qurulur, yaşayış məhəllələri, obyektlər və yollar inşa edilir. Kəngərli, Xıdırlı və Sarıcalıda aparılan işlər kənd həyatının bərpasına xidmət edir, Böyük Qayıdış çərçivəsində ailələrin doğma yurda köçürülməsi davam edir; 2025-ci ilin oktyabrınadək 825 ailə, 3 318 nəfər Ağdama qayıdıb. 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkının fəaliyyəti yeni istehsal sahələri, investisiya və məşğulluq imkanları yaradır, şəhərin iqtisadi potensialını gücləndirir. 2025-ci il mayın 10-da açılan Dəmir Yolu və Avtovağzal Kompleksi bölgənin nəqliyyat əlaqələrini və sərnişindaşıma imkanlarını genişləndirir, Muğam Mərkəzi isə Qarabağın zəngin musiqi ənənələrinin yaşadılmasına yeni imkanlar açır, milli-mənəvi irsin gələcək nəsillərə ötürülməsinə töhfə verir. Bu şəhər yenidən öz əvvəlki şöhrətini qazanacaq, Qarabağın mühüm inkişaf mərkəzlərindən birinə çevriləcəkdir” – deyə, Aydın Hüseynov açıqlamasını sona çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2026

.jpg)
.jpg)

.jpg)