"İstək" MMC-də saxta köçürmələr və milyonluq pul iddiası:
Tarix: 17-11-2026 | Saat: 23:30
Bölmə:Ölkə | çapa göndər

"İstək" MMC-nin külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
aia.az Oxu.Az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərdən Sultan Rəsulov ona ünvanlanan sualları cavablandırıb.
O, ifadəsində bildirib:
"Mən gedəndə Binəqədi qəsəbəsi, 3-cü mədəndə bir mağaza var idi. Qusardakı mağazaya 18 min manat xərc çəkilib. Səbəbi də o idi ki, binanın birinci mərtəbəsini icarəyə götürmüşdüm, bərbad vəziyyətdə idi. Sahibi demişdi ki, "Təmir elə, icarə haqqını oradan çıxarıq". Əməkhaqqım rəsmi sənədlərə əsasən 600 manat idi. Ceyhunla heç bir əlaqəm yox idi. İşlədiyim dövrdə onu iki dəfə görmüşəm.
Bir dəfə mən 60 min manat pul qoydum. Hüseyn müəllim gəlib dedi ki, "40 mini vergiyə tutublar, üstünü düzəlt, biz Çinə mal göndərək". Ona pulumun olmadığını dedim. Mən Hüseyn müəllimdən şübhələnmişdim. O, mən gəlməmişdən əvvəl iki il həmin şirkətdə işləyib. Bu müddət ərzində bilmirdi ki, malın gömrük rəsmiləşdirilməsi 33 faizdir? Amma mən gələndə bunu 60 faiz etdi. Gömrük bəyannaməsi elə formada gəlirdi ki, onun saxtalaşdırıldığı bilinmirdi. Mallar həm Hüseyn müəllimin, həm də mənim idi, biz şərik idik. Bunu sübut edən pul çekləri var və onlar iş materiallarına əlavə edilib.
Yoldaşımın kartına pul köçürüləndə özümün kartım yox idi. Elə vaxtlar olub ki, həmin kartlar məndə olmayanda yoldaşımın kartı özümdə olurdu. Maaş alanda həmişə Fəridə deyirdim ki, pulları bu karta göndərsin. Mən pulların şirkətin hesabından köçürüldüyünü bilmirdim. Ümumilikdə qoyduğum vəsait 1 milyon 16 min manat olub".
Digər təqsirləndirilən Ceyhun Səfərov isə S.Rəsulovun dediklərinə cavab olaraq onun yalan danışdığını bildirib:
"Onun danışdıqları başdan-ayağa yalandır. Kartlar köçürüləndə mən orada işləmirdim. Mənim heç kimə göstərişim olmayıb".
Məhkəmədə zərərçəkmiş qismində ifadə verən G.M. isə təqsirləndirilən şəxslərdən yalnız Ceyhun Səfərovu tanıdığını deyib:
"2023-cü ilin dekabrında müsahibəyə hazırlaşanda Səfərov "Sizi Bakı və ya Sumqayıtdakı vergi orqanında işə düzəldəcəyəm" deyə vəd verirdi. 2024-cü il yanvarın 8-də Ceyhun bəyə 5 min manat pul verdik ki, müsahibədən uğurla keçsək, ehtiyatda qalmayaq. O, bir neçə gün sonra bildirdi ki, yenə 5 min manat versəm, Bakıdakı vergi qurumunda işə düzəlməyimə kömək edəcək. Pulun yarısını qaytarsa, ona da razıyam. Belə olsa, şikayətimi geri çəkərəm".
Növbəti məhkəmə prosesi dekabrın 1-nə təyin edilib.
Qeyd edək ki, "İstək" MMC-nin vəzifəli şəxsləri olduğu bildirilən Ceyhun Səfərov, Sultan Rəsulov və Fərid Ələkbərov saxta köçürmələr vasitəsilə şirkətin 637 min manatını mənimsəməkdə ittiham olunurlar.
Onlara Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2-ci (leqallaşdırma - xeyli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampını, möhürünü, blankını hazırlama və ya satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
İstintaq əvvəlcə Binəqədi Rayon Prokurorluğunda aparılsa da, sonradan Nərimanov Rayon Prokurorluğuna göndərilib.
Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2026

.jpg)
.jpg)

.jpg)