Ana Sayfa > Siyasət > Azərbaycanla Aİ arasında yeni hərtərəfli saziş tezliklə imzalanacaq -
Azərbaycanla Aİ arasında yeni hərtərəfli saziş tezliklə imzalanacaq -12-05-2022, 11:24. Yazar: sevinc1 |
![]() Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni hərtərəfli saziş tezliklə əldə olunacaq və layiqli nəticələr verəcək. Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rəşad Novruz ADA Universitetində keçirilən "Avropa günü"nə həsr olunmuş seminar zamanı deyib. "Azərbaycan və Aİ bir-biri üçün anlayışlı tərəfdaşdır. Məhz buna görə bizim əməkdaşlığımız bundan sonra da inkişaf edəcək", - deyə o bildirib. R.Novruzun sözlərinə görə, Aİ Azərbaycan üçün təkcə ən iri ticarət tərəfdaşı deyil, həm də investisiyalara görə birinci yeri tutur. "Azərbaycan da ikitərəfli münasibətlərlə bağlı Aİ kimi gələcəyə baxır", - səfir deyib. aia.az Geri dön |