Mobil versiya
Zelenski Rusiya ilə danışıqların bərpası şərtini açıqlayıb
Tarix: 07-05-2022 | Saat: 10:00
Bölmə:Karusel / Dünya | çapa göndər

Zelenski Rusiya ilə danışıqların bərpası şərtini açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Rusiya ilə danışıqların bərpası üçün ilk addım həmin ölkənin qoşunlarını fevralın 24-dən əvvəlki mövqelərinə geri çəkməkdir.

AİA.Az "Report"a istinadən bildirir ki, dövlət başçısı həmçinin qeyd edib ki, "Azovstal"da insanların məhv edilməsi Rusiya ilə istənilən danışıqları qeyri-mümkün edəcək.

"Normal danışmağa başlamağımız üçün genişmiqyaslı işğaldan əvvəl - fevralın 24-dək olan vəziyyəti bərpa etməliyik. Onlar həmin müvəqqəti təmas xəttlərinə və ya bölücü xətlərə çəkilməli və oradakı qoşunları çıxarmalıdırlar", - Zelenski deyib.

Zelenski qeyd edib ki, Rusiya (danışıqlar üçün-red) "bütün körpüləri" dağıtsa da, "bütün körpülərin dağıdılmadığını" hesab edir.

"Ukrayna xalqı məni mini-Ukraynanın Prezidenti kimi yox, Ukrayna Prezidenti seçib", - dövlət başçısı vurğulayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024