Ana Sayfa > Karusel / Dünya > Zelenski Rusiya ilə danışıqların bərpası şərtini açıqlayıb
Zelenski Rusiya ilə danışıqların bərpası şərtini açıqlayıb7-05-2022, 10:00. Yazar: admen |
Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Rusiya ilə danışıqların bərpası üçün ilk addım həmin ölkənin qoşunlarını fevralın 24-dən əvvəlki mövqelərinə geri çəkməkdir. AİA.Az "Report"a istinadən bildirir ki, dövlət başçısı həmçinin qeyd edib ki, "Azovstal"da insanların məhv edilməsi Rusiya ilə istənilən danışıqları qeyri-mümkün edəcək. "Normal danışmağa başlamağımız üçün genişmiqyaslı işğaldan əvvəl - fevralın 24-dək olan vəziyyəti bərpa etməliyik. Onlar həmin müvəqqəti təmas xəttlərinə və ya bölücü xətlərə çəkilməli və oradakı qoşunları çıxarmalıdırlar", - Zelenski deyib. Zelenski qeyd edib ki, Rusiya (danışıqlar üçün-red) "bütün körpüləri" dağıtsa da, "bütün körpülərin dağıdılmadığını" hesab edir. "Ukrayna xalqı məni mini-Ukraynanın Prezidenti kimi yox, Ukrayna Prezidenti seçib", - dövlət başçısı vurğulayıb. Geri dön |